25 Avqust 2023 10:15
11408
Oxucu məktubları
A- A+

Dəniz  Amerikanın ən nüfuzlu universitetində oxuyacaq

 

Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı dünyanın tanınmış ali təhsil ocağına - Massaçusets Texnologiya Universitetinə bakalavr üzrə qəbul olub. O, ölkəmizdə bu universitetə daxil olan ilk məktəbli qızdır.
 Dəniz Zaur qızı Səttarlı  2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində  dünyaya göz açıb. İlk təhsilini doğma  Mahmudavar məktəbində alıb. 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub.
2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə  ilə  respublika birincisi adını qazanıb.
Dəniz iki il ard-arda respublika fənn olimpiadalarının birincisi olub. İlk dəfə 2021-ci ildə 9-cu sinif şagirdləri arasında keçirilən kimya üzrə respublika fənn olimpiadasında 1-ci yer tutaraq qızıl medal  alıb. O, 2022-ci ildə də 10-cu sinif şagirdləri arasında keçirilən kimya üzrə respublika fənn olimpiadasında yenidən qızıl medala layiq görülüb. Dəniz ötən il Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında  (ICHO) bürünc medala da sahib çıxıb.
Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Los-Ancelesdə bakalavr təhsili alan A.Ağayeva  hazırda Bruklin şəhərində yaşayır.

Zəfər ORUCOĞLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video