28 Sentyabr 2024 10:42
657
SİYASƏT
A- A+
Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini, az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələri üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq məsələlərini, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətini və hazırlıq prosesini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov BMT və onun qurumları ilə əməkdaşlığın Azərbaycanın xüsusi diqqət ayırdığı istiqamətlərdən biri olduğunu və ölkəmizin Təşkilat tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak etdiyini bildirib.

Regionda və dünyada sülhün və təhlükəsizliyin qorunması, həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olunması məqsədilə müvafiq addımların atılması və digər üzv dövlətlərlə səylərin birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllinə yönəlmiş koordinasiyalı fəaliyyətə hər zaman hazır olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

COP29 sədrliyimiz çərçivəsində sessiyaya hazırlıq işləri, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verən Ceyhun Bayramov ölkəmizin inklüzivlik prinsipini rəhbər tutaraq, xüsusilə az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə səylərinin dəstəklənməsini diqqət mərkəzində saxladığını vurğulayıb.

Ali nümayəndə Rabab Fatima Azərbaycanın əməkdaşlığını və müvafiq layihələrdə iştirakını yüksək qiymətləndirib və birgə təşəbbüslərin dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə olan inamını ifadə edib. Eyni zamanda, “Dayanıqlı İnkişaf Məqsədləri”nin reallaşdırılması istiqamətində atılan addımların, xüsusilə də COP29-a sədrlik çərçivəsində görülmüş işlərin Azərbaycanın Təşkilatın işində uğurlu iştirakının göstəricilərindən olduğunu qeyd edib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

14:21
28 Sentyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!