16 May 2024 09:20
3039
Oxucu məktubları
A- A+

Bu il əkin suyumuz boldur 

 

Keçən illərlə müqayisədə əkin suyumuz boldur. Hər bir torpaq mülkiyyətçisi, fermer kanallardan su götürüb əkin sahələrini suvara bilir. Taxılın, yoncalıqların suvarılması, demək olar ki, başa çatmışdır. Vaxtında suvarıldığı üçün zəmilərdən bol məhsul gözlənilir. 
Tel-tel olan taxılın hündürlüyü qurşağa çatır. Aprel ayının sonuna kimi boruya qalxan kollar sünbül bağlayacaq. Yonca sahələri də taxıl kimi ləpələnir. Pambıq əkiləcək sahələrdə isə yaz tarla işləri aparılır. Hər kəs qədərincə su götürərək suvarma işini həyata keçirə bilir. 
Mən özüm bir neçə gündən sonra çiyid səpininə başlayacağam. Bu, keçən ildəkindən təxminən 20 gün tez olacaq. Aydın məsələdir ki, bitki vaxtında əkiləndə məhsul da vaxtında yetişir. Payızda yağışlar düşməmiş pambığı yığıb qurtara bilirsən. Belə olduqda məhsuldarlıq da yüksək olur, itkiyə yol verilmir. 
"Su bolluqdur", - deyiblər. Bu il isə su boldur, həm də əkin üçün çox yararlıdır. Keçən il bu vaxtlar Kür çayı yosunlu halda axırdı, eyni zamanda Mingəçevir su anbarından buraxıldığından dupduru olmaqla yanaşı, bir az da şor idi. 
Bu il təsərrüfat ilidir. Yanvarda bir neçə dəfə qar yağdı, fevralda, martda yağışlar düşdü. Kənd təsərrüfatı da təbiətlə əlaqədardır. Əminəm ki, bu il həm taxıl biçinində, həm də payızda - pambıq yığımında, eləcə də heyvandarlıqda fermerlərin üzü güləcək. 

İmaməddin DADAŞOV,
Neftçala rayonu, Kürqarabucaq kənd sakini, fermer 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video