05 May 2026 04:45
849
ELANLAR
A- A+
bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı Podratçı tərəflərin adından hazırlanıb və nəşr edilib.

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı Podratçı tərəflərin adından hazırlanıb və nəşr edilib.


Sənəddə təklif edilən tikinti fəaliyyətlərinin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklif edilən işlərin nəticəsində yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

Boru dəstləri istehsalı obyekti Qarabağ layihəsi, həmçinin gələcəkdə Xəzər dənizində digər neft və qaz işlənmə layihələri üçün sualtı boru kəməri dəstlərinin ölkədə istehsalı və sınaqdan keçirilməsi məqsədi ilə Bakı şəhərindən təxminən 85 km cənub-qərbdə, Bəndovan burnunun yaxınlığında inşa ediləcək. Layihə istehsal zonasının, boru dəstləri üçün rels əsaslı hərəkət zolağının, yedəkləmə əməliyyatları üçün dənizə buraxma yolunun, boru anbarlarının, köməkçi avadanlıqların, əməliyyatlar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl döşənmiş giriş yolunun tikintisini əhatə edir. Tikinti fəaliyyətlərinin 2026-cı ilin üçüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Obyektin istismarı və layihənin dənizdə işlənmə mərhələsi ilə bağlı təsirin qiymətləndirilməsi ayrı bir müvafiq sənəddə əhatə olunacaq. 

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin layihələndirmə işlərində və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir. 

ƏMSSTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və sənədlə aşağıdakı keçid və QR kodu vasitəsilə bp-nin veb-səhifəsində tanış ola bilərsiniz:

Azərbaycan dilində:

https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Qarabag-layihesi.html


İngilis dilində:

https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/Karabakh-project.html


 1 may 2026-cı il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib: 

bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
Bakı Ali Neft Məktəbinin kitabxanası, Kampus, yeni Salyan şosesinin 3-cü kilometri.
Şirvan Milli Parkı, Salyan rayonu, Yenikənd

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya
- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud
- doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMSSTQ sənədinin açıqlanma müddəti 31 may 2026-cı il tarixinədəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!