11 Avqust 2026 08:20
462
İQTİSADİYYAT
A- A+
BP 6 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb

BP 6 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb


Hasilat, ixrac və kəşfiyyat davam edib, fəaliyyət şaxələnib, yeni layihələr icra olunub


BP şirkəti cari ilin birinci yarısına aid hesabatını "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində gedən işlər haqqında məlumatla başlayıb. Belə ki, bu yataqlar blokunda hasilat ahəngdar və təhlükəsiz şəkildə davam edir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 323 min barel - "Çıraq"dan 19 min 300, "Mərkəzi Azəri"dən 88 min, "Qərbi Azəri"dən 73 min 300, "Şərqi Azəri"dən 45 min, "Dərinsulu Günəşli"dən 47 min, "Qərbi Çıraq"dan 24 min və ACE-dən 26 min 400 barel təşkil edib. Beləliklə, AÇG platformaları yarım ildə ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton neft verib.

AÇG-nin yenilikləri də var. Burada aparılan dördölçülü yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində keçən il əldə olunan məlumatların emalı tamamlanıb.

"Dərinsulu Günəşli" ərazisində bir çox quyuda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam edib. Birinci yarımildə "Mərkəzi Azəri Qaz Genişləndirilməsi" (CAGE) layihəsi üzrə işlər plana uyğun gedib. "Qərbi Azəri"də qazılmış və uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir.

Ən mühüm yenilik isə bu ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanmasıdır.

Qazdan söz düşmüşkən qeyd edək ki, birinci yarımildə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib. 

Sözügedən dövrdə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon barel) kondensat cıxarılıb.

"Şahdəniz" qazını nəql edən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ilin ilk altı ayı ərzində ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub.

Cari il iyulun 1-dən CQBK-nın ümumi operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə keçib.

"Şahdəniz" Kompressiya Layihəsi (ŞDK) üzrə işlər də təhlükəsiz şəkildə və qrafiki qabaqlamaqla irəliləyir. ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edir. 

ŞDK-ya aid ümumi tikinti işlərinin 2029-cu ildə başa çatması ilə yeni platformanın həmin ildə "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan alınan qaz həcmlərini kompressiya etmək üçün qəbula hazır olacağı planlaşdırılır. 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bu ilk altı ayı ərzində Səngəçal terminalından ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.

Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Yeri gəlmişkən, Səngəçaldan CQBK və genişləndirilmiş CQBK, terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus kəmərlə qaz ixracı da fasiləsiz davam edir. Ötən yarımillikdə terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Digər layihələrə də nəzər salaq. Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçib. Birinci mərhələ üçün tələb olunan əsas avadanlıqların sahəyə çatdırılması artıq tamamlanıb və hazırda quraşdırma işləri gedir. Terminal ərazisindən kənarda yerləşən yeni "Azərenerji" obyektlərinin tikintisi və istismar sınaqları əsasən sona çatıb.

Xatırladaq ki, STEL layihəsi Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq günəş-elektrik stansiyası ilə "virtual enerjiötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir.

 İlin ilk altı ayında "Şəfəq" layihəsi Cəbrayılda yerləşən tikinti sahəsində də irəliləyib. Aprel ayının əvvəlində layihə sahəsində ilk günəş paneli quraşdırılıb. Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir.

 "Şəfəq-Asiman" dəniz blokunda isə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında "Şəfəq-Asiman" Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat dövrü uzadılıb və BP bu dövr üçün operator olaraq qalır.

"Qarabağ" yatağı haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə bu ilin əvvəlində dənizdibi sensor qovşaqlarla seysmik tədqiqat həyata keçirilib. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir. Hazırda yataqda yüksəkdəqiqlikli - ultra yüksəkdəqiqlikli seysmik tədqiqat proqramından əldə olunmuş məlumatların emalı da aparılır.

ADUA layihəsi üzrə ilk addım olaraq aprel ayında suyun 20-40 metr dərinliyində ikiölçülü yüksəkdəqiqlikli seysmik tədqiqat həyata keçirilib. ADUA blokunda seysmik tədqiqata aid ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.

BP öz hesabatında Azərbaycan vətəndaşları olan işçilərin sayını da açıqlayıb - 2363 nəfər. Buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır. 

Əməliyyatçı şirkət sosial layihələri ilə regiondakı ölkələrin əhalisi üçün hiss edilən faydalar yaratmağı öz fəaliyyətinin ayrılmaz hissəsi hesab edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, mədəni irs və idmanın inkişafına dəstək və s. daxildir. 

Bu ilin birinci yarısında BP və tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,6 milyon dollar vəsait xərcləyib. Bundan əlavə, ayrıca bir şirkət kimi öz adından ölkəmizdə sponsorluq etdiyi layihələrə sözügedən dövrdə təxminən 0,9 milyon dollar vəsait yönəldib. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!