27 Iyul 2024 01:23
188
SİYASƏT
A- A+

BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində güclü liderlik iddiasını davam etdirir

 

Azərbaycan Vahid sağlamlığın tətbiqi sahəsinə çox böyük maraq göstərir və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” simpoziumunun həyata keçirilməsi də məhz bu marağın bariz nümunəsidir. Vahid Sağlamlıq yanaşması, insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəli olduğunu nəzərə alaraq, bu üç sahə arasında əməkdaşlığı və koordinasiyanı təşviq edir. Bakıda keçiriləcək COP29 tədbiri üçün hazırlıqlar çərçivəsində təşkil edilən bugünkü simpozium bu konseptin Azərbaycanda tətbiqi üçün əhəmiyyətli bir addımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva jurnalistlərə açıqlamasında söyləyib.

V.Andreeva xatırladıb ki, simpozium çərçivəsində müxtəlif sektorların nümayəndələri bir araya gələrək, ölkədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi, qarşılaşılan çətinliklər və bu sahədə əldə edilən uğurları müzakirə edir: “ÜST-nin Azərbaycan Ölkə Ofisi tərəfindən dəstəklənən bu təşəbbüs, həm də Azərbaycanın beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində liderlik iddiasını gücləndirir. Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində güclü liderlik iddiasını davam etdirir. Bu yanaşma, sağlamlıq xidmətlərinin qlobal səviyyədə inteqrasiya olunmasına və daha effektiv idarə olunmasına şərait yaradır. Azərbaycanın bu sahədəki təşəbbüsləri, regional və beynəlxalq əməkdaşlığı artırmaq, qlobal sağlamlıq problemlərinə cavab vermək məqsədini daşıyır”.

“Azərbaycan Vahid sağlamlığı tətbiq edə bilmək üçün bu yanaşmanı öz milli tədbirlər planının hazırlanmasında, eyni zamanda, qanunvericiliyin hazırlanmasında da nəzərə almalıdır. Amma düşünürük ki, ən yaxşı nümunələrdən biri də qurumlararası İşçi qrupunun yaradılması ola bilər. Həmin İşçi qrupunda həm Səhiyyə Nazirliyi, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar və vətəndaş cəmiyyəti olacaq. Bu da Azərbaycanın səhiyyə sahəsində Vahid sağlamlıq sisteminin tətbiq olunmasına olan marağını və həvəsinin daha bir bariz nümunəsi ola bilər. Bu il COP29-da səhiyyə sahəsinə aid mövzular da əlavə olunub. Aparılacaq müzakirələrdə, sessiyalarda Azərbaycan Vahid sağlamlığa olan yanaşmasını nümayiş etdirə bilər”, - deyə Vladanka Andreeva əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video