18 İyul 2025 16:31
828
İQTİSADİYYAT
A- A+
BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  


ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanda dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə əldə edilən nəticələr haqqında məlumat verilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Nyu-York şəhərində BMT-nin 2025-ci il üzrə Yüksək Səviyyəli Siyasi Forumu keçirilir. “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi və dayanıqlı inkişaf məqsədləri üzrə bərpa, sürətlənmə və bərabərlik üçün sübutlara əsaslanan həllərin inkişafı” mövzusunda keçirilən forumda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov ölkəmizi təmsil edib.

Tədbir çərçivəsində “DİM 3: Sağlam həyat və rifah”, “DİM 5: Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, “DİM 8: Layiqli məşğulluq və davamlı iqtisadi artım”, “BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyinin icrasına maraqlı tərəflərin cəlb edilməsi” mövzularında keçirilmiş sessiyalarda Azərbaycanda bu sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə təqdimatlar edilib. Qlobal çağırışlar fonunda ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, qeyri-neft-qaz sektorunun gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə reallaşdırılan tədbirlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu müxtəlif tematik mövzular üzrə sessiyalarla işini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!