29 Mart 2025 14:06
423
CƏMİYYƏT
A- A+
BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb


BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb: “Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub”. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dünyada uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı videoçarxı nümayiş olunub.

BAMF-in nümayəndəsi Nik Nvolisa münaqişə baş vermiş və hazırda qaynar olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb. Təqdimatdan sonra yan tədbirin təşkilatçılarından olan Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutunun İdarə Heyətinin üzvü, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun icraçı direktoru Nidal Səlim münaqişələrin uşaqların həyatını məhv etdiyini qeyd edib: “Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir”.

Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru, doktor Blerim Mustafa uşaqlarla bağlı mühüm statistikanı təqdim edib, xüsusilə Xocalı soyqırımında öldürülmüş uşaqları xatırladıb: “Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10 faiz olduğu halda, bu gün bu rəqəm təxminən 2 dəfə artaraq 19 faizə çatıb. Birinci və İkinci Qarabağ müharibəsi zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir”.

Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskayanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlar əsasında hazırladıqları və həmkarları tərəfindən auditoriyada təqdim edilən məruzələri böyük maraqla qarşılanıb. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda BAMF-in beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.

Qeyd edək ki, BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində təşkil olunan yan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

14:01
01 Aprel

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

14:01
01 Aprel

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

14:00
01 Aprel

Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir  

13:58
01 Aprel

Sabah bəzi yerlərdə leysan olacaq

13:57
01 Aprel

Vergi Məcəlləsinə kənd təsərrüfatı sahəsi ilə bağlı dəyişiklik təklif olunur

13:56
01 Aprel

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib

13:53
01 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib YENİLƏNİB

13:33
01 Aprel

Dəmir yoluna çıxan piyadanı qatar vurub

13:31
01 Aprel

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

13:11
01 Aprel

“Qarabağ” və “Kəpəz” azarkeşlərinə görə cərimələnib

13:09
01 Aprel

Astanada ekspertlər COP29-dan sonra Qazaxıstanın iqlim hesabatını qiymətləndirir

13:08
01 Aprel

Bu gün Beynəlxalq Quşlar Günü qeyd olunur

13:05
01 Aprel

Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir  

13:03
01 Aprel

Körpə uşaqlarda göz zəifliyinin səbəbi nələrdir?

12:34
01 Aprel

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditinin həcmi açıqlanıb

12:26
01 Aprel

Ali Məhkəmə vahid mülkiyyət hüququna dair mühüm qərar qəbul edib

12:02
01 Aprel

Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb  

11:58
01 Aprel

Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı dövlət tərəfindən ödəniləcək  

11:56
01 Aprel

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

11:55
01 Aprel

“TRT Avaz”: Qarabağda işğalın izləri silinir

11:54
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!