17 Avqust 2026 14:30
1904
Fərmanlar
A- A+
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 85 (Cild I) ilə təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”nın 5.7-ci bəndinin birinci cümləsindən “və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət geoloji informasiya fonduna” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 293 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 160 (Cild I) ilə təsdiq edilmiş “Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bəndin birinci cümləsinə “Fonduna” sözündən sonra “daxil edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (bundan sonra – Agentlik)” sözləri əlavə edilsin;

2.2. III hissə üzrə:

2.2.1. 3.3-cü bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Geologiya İnformasiya Fonduna” sözləri “Dövlət Geoloji İnformasiya Fonduna daxil edilməsi üçün Agentliyə” sözləri ilə əvəz edilsin;

2.2.2. 3.4-cü bənddə “Dövlət Geologiya İnformasiya Fondu” sözləri “Agentlik” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 578 (Cild I) ilə təsdiq edilmiş “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları”nın 2.5-ci bəndinin birinci cümləsinə “Fonduna” sözündən sonra “daxil edilməsi üçün Agentliyə” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 89 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 957 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci və 3-cü hissələr ləğv edilsin;

4.2. 8-ci hissədən “və Mərkəzin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771, № 11, maddələr 1018, 1025, № 12 (I kitab), maddə 1152) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 9-cu hissəsində “Göstərdiyi xidmətlər” sütununun 4-cü bəndində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs” sözləri “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” sözləri ilə əvəz edilsin.

6. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1491 (Cild I) 2-ci və 3-cü hissələri ləğv edilsin.

7. “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddə 259) 1-ci hissəsi ləğv edilsin.

8. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 748 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1040 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.1-ci bənd ləğv edilsin;

8.2. 5.2-ci bənddən “və həmin publik hüquqi şəxsin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541, № 10, maddə 900; 2026, № 2, maddə 123, № 4, maddə 304) ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.23-1-ci yarımbənd əlavə edilsin:

“3.1.23-1. “Rəqəmsal ekologiya” informasiya sisteminin operatoru funksiyalarını həyata keçirmək, sistemin dayanıqlı və fasiləsiz fəaliyyətinin, informasiya təhlükəsizliyinin təmin edilməsi, sistemin idarə olunması, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görmək;”.

10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli, 22 iyul tarixli 730 nömrəli və 30 iyul tarixli 746 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 18-ci, 19-cu, 35 – 35-2-ci və 40-1-ci hissələri ləğv edilsin.

11. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1370 (Cild I); 2025 № 2, maddə 109, № 4 (I kitab), maddə 330) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2.1-ci bənddə “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs” sözləri “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” sözləri ilə əvəz edilsin;

11.2. həmin Fərmanla təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 1.3.2-ci yarımbəndində “publik hüquqi şəxs” sözləri “qurum” sözü ilə əvəz edilsin.

12. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 331 (Cild I) 2-ci hissəsi və 5.2-ci bəndi ləğv edilsin.

13. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; 2025, № 2, maddə 129, № 4 (I kitab), maddə 343, № 10, maddə 900; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 iyul tarixli 746 nömrəli Fərmanı) 6.4-cü və 6.6-cı bəndləri ləğv edilsin.

14. “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 22; 2026, № 4, maddə 313; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 iyul tarixli 710 nömrəli Fərmanı) 3.2-ci bəndində “Geodeziya və Kartoqrafiya” sözləri “Dövlət Ekoloji Ekspertiza” sözləri ilə əvəz edilsin.

15. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190 (Cild I); 2025, № 8, maddə 751) aşağıdakı dəyişikliklər edilsin:

15.1. həmin Sərəncamla təsdiq edilmiş “Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması Qaydaları” üzrə:

15.1.1. 1.4-cü bəndin birinci cümləsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Dövlət Geoloji İnformasiya Fonduna (bundan sonra Fond) verilir” sözləri “Dövlət Geoloji İnformasiya Fonduna (bundan sonra – Fond) daxil edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təqdim edilir” sözləri ilə əvəz edilsin;

15.1.2. II hissə üzrə:

15.1.2.1. adında “YERİN TƏKİ HAQQINDA DÖVLƏT GEOLOJİ İNFORMASİYA FONDUNUN” sözləri “FONDUN” sözü ilə əvəz edilsin;

15.1.2.2. 2.1-ci bənddə “Dövlət Geoloji İnformasiya Fondu” sözləri “Fond” sözü ilə əvəz edilsin;

15.1.3. III hissə üzrə:

15.1.3.1. adında “YERİN TƏKİ HAQQINDA DÖVLƏT GEOLOJİ İNFORMASİYA FONDUNUN” sözləri “FONDUN” sözü ilə əvəz edilsin;

15.1.3.2. birinci abzasda “Yerin təki haqqında Dövlət Geoloji İnformasiya Fondunun” sözləri “Fondun” sözü ilə əvəz edilsin;

15.1.4. IV hissə üzrə:

15.1.4.1. adında “YERİN TƏKİ HAQQINDA DÖVLƏT GEOLOJİ İNFORMASİYA FONDUNUN” sözləri “FONDUN” sözü ilə əvəz edilsin;

15.1.4.2. 4.1-ci bəndin birinci abzasında “Geoloji İnformasiya Fondu” sözləri “Fond” sözü ilə əvəz edilsin;

15.2. həmin Sərəncamla təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları” üzrə:

15.2.1. 3.11-ci bənddə “Dövlət Geoloji İnformasiya Fondunun rəisi” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri” sözləri ilə əvəz edilsin;

15.2.2. 4.3-cü bəndin birinci abzasında “Dövlət Geoloji İnformasiya Fondu” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin.

16. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372 (Cild I); 2025, № 11, maddə 1041) 1-ci hissəsində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin” sözləri “Geodeziya və Kartoqrafiya Agentliyinin” sözləri ilə əvəz edilsin.

17. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 97 (Cild I) 2 nömrəli Əlavənin – “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların Siyahısı”nın 1-ci hissəsində “Baytarlıq Elmi-Tədqiqat İnstitutu” sözləri “Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyası” sözləri ilə əvəz edilsin.

18. Bu Fərman “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 1-ci və 2-ci hissələrinə əsasən yaradılan müvafiq büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

17:10
15 Sentyabr

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

17:09
15 Sentyabr

Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

17:09
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

17:08
15 Sentyabr

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

17:07
15 Sentyabr

Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir

17:06
15 Sentyabr

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

17:05
15 Sentyabr

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb  

17:05
15 Sentyabr

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

17:04
15 Sentyabr

Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

17:02
15 Sentyabr

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

17:01
15 Sentyabr

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

16:59
15 Sentyabr

Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır

16:58
15 Sentyabr

Prezident: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir  

16:57
15 Sentyabr

“Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri təqdim olunub  

16:56
15 Sentyabr

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir  

16:54
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib  

16:53
15 Sentyabr

“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib  

16:52
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!