16 Fevral 2025 08:50
390
SİYASƏT
A- A+
Bir qərinənin faciəsi

Bir qərinənin faciəsi


Erməni faşistlərinin törətdiyi Qaradağlı qətliamından 33 il ötür


Son iki əsr ərzində azərbaycanlılara faciələr yaşadan, qətliamlarla, soyqırımları ilə üz-üzə qoyan erməni faşistləri qanlı əməllərini Birinci Qarabağ müharibəsi dövründə də davam etdirərək bəşəri cinayətlər törədiblər. 

Hələ 1992-ci il fevralın 26-da baş verən, əsrin faciəsi adlandırılan Xocalı soyqırımına qədər erməni qaniçənləri azərbaycanlılara qarşı kütləvi qətliamlar törədərək Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanıs Ayrım kəndinin, keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsini qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirmişlər. 

Erməni canilərinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərdən biri də 1992-ci il fevralın 17-də Qaradağlıda həyata keçirilmişdir.  


Kənddə hər bir ailə faciə ilə üzləşib


1980-ci illərin sonlarından erməni şovinistləri guya keçmiş Dağlıq Qarabağda sosial-iqtisadi gerilik olduğu bəhanəsi ilə bu vilayətin Ermənistana birləşdirilməsi üçün, əslində, çoxdan hazırladıqları qanlı planlarını işə saldılar. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başladı. Fevralın 20-də isə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağırdılar və azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etdilər ki, DQMV Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Bu qeyri-qanuni qərardan və ovaxtkı ittifaqın mərkəzi hakimiyyətindən dəstək alaraq daha da azğınlaşan ermənilər azərbaycanlılara qarşı açıq aydın  təzyiqlər göstərməyə, silahlı hücumlar təşkil etməyə, bu yolla onları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar. 1991-ci ildən sonra isə vəziyyət o hala çatdı ki, artıq erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri bir-bir işğal etməyə başladılar. Qoca, qadın, uşaq demədən mülki əhalini qətlə yetirdilər, girov götürdülər.

O dövrdə ölkəmizdə hakimiyyətdəkilərin səriştəsiz olması, Milli Ordunun tam formalaşmaması səbəbindən demək olar ki, rus ordusunun da dəstəyini alan mütəşəkkil erməni silahlı birləşmələrinə qarşı kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz tək-tək mübarizə aparmağa, müqavimət göstərməyə, qorunmağa məcbur olmuşdu. Bu qeyri-bərabər döyüşlərin nəticəsi isə ərazilərimizin işğalı, dinc əhalimizin qətliamı ilə nəticələnirdi. 

1992-ci il fevralın 17-də erməni qaniçənləri Xocavənd rayonunun Qaradağlı kəndində faciə törədiblər.  

"Qaradağlı bizim yaralı, ağrılı yerimizdir. Camaatımız çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, kənddə hər bir ailə faciə ilə üzləşib. Qaradağlıda atamı, qardaşımı, qardaşımın oğlunu, dayımı, qaynımı, əmilərimi, əmim oğlanlarını itirmişəm. Hamısı mənim doğmalarım idi. Mən faciə törədilməmişdən əvvəl kənddən çıxmışdım. O zaman 22 yaşım var idi. Heç yadımdan çıxmaz. Faciədən sonra əsir və girovluqdan azad olan həmkəndlilərimizdən yaxınlarımızı, itkinlərimizi soruşurduq. O insanların dedikləri bizi dəhşətə gətirirdi. İnsanlara olmazın işgəncələr veriblər, döyüblər, ac-susuz saxlayıblar, dişlərini, dırnaqlarını çıxarıblar... Bu faciəni unutmaq mümkün deyil. İstəyim odur ki, Qaradağlıya qəhrəman kənd adı verilsin".

Qaradağlı kəndində yaşanan faciənin miqyasını az da olsa gözlər önünə gətirən bu dəhşətli sözlər həmin kəndin sakini Məlahət Tağıyevanın sonradan mətbuata verdiyi müsahibəsindəndir. 


Kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib


Xocavənd rayonunun Qaradağlı kəndi də hələ 1988-ci ildən erməni təhdidi ilə üz-üzə qalmağa başlayıb. Kənd sakinləri o zamandan qəhrəmanlıqla doğma yurdlarının müdafiəsinə qalxıb və şəhid veriblər. Məlumata görə, 1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak olub. Silah-sursatı tükənən qaradağlılar sonda ermənilər tərəfindən əsir və girov götürülüblər. 

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırılıb. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. 

Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad edilənlərin 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsir və girovluqda saxlanılanlarla vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. 

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. 


Şəhidlərimizin qisası alındı


Azərbaycan qazandığı parlaq Qarabağ zəfəri ilə ərazilərində suverenliyini təmin etdi, bayrağını bütün zirvələrində dalğalandırdı. Bu tarixi qələbələri ilə vətənimizin bütövlüyü uğrunda XX və XXI əsrin müxtəlif dövrlərində neçə-neçə ərazimizdə erməni vəhşilərinin soyqırımı, qətliamı ilə üzləşən günahsız insanlarımızın da qanı yerdə qalmadı. Müqəddəs şəhidlərimizin qisası alınaraq onların ruhları şad edildi. 

Xalqımıza düşmən kəsilərək qanına susayan, onlara qarşı cinayət əməlləri törədən qatil ermənilər isə indi Bakıda ədalət qarşısında mühakimə olunurlar və bir-bir layiqli cəzalarını alırlar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!