09 Avqust 2026 17:39
2023
SİYASƏT
A- A+
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü yalnız yerli xalqların mədəniyyət və irsini qeyd edən tarix deyil, həm də müstəmləkəçiliyin yaratdığı tarixi ədalətsizlikləri və onun bu gün də davam edən ağır nəticələrini xatırladan mühüm gündür. Fransa və Niderland kimi müstəmləkəçi dövlətlər əsrlər boyu əsarət altında saxladıqları yerli xalqların fundamental hüquqlarını, mədəni və dil kimliklərini bu gün də sistemli şəkildə tapdalamaqda, öz müqəddəratını təyin etmək tələblərini görməzdən gəlməkdə, əhalini zorakı assimilyasiya siyasətinə məruz qoymaqda, sahib olduqları ərazilərin təbii sərvətlərini istismar etməkdə və torpaqlarını mənimsəməkdə davam etməkdədirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı bəyanatında əksini tapıb.

Bəyanatda, həmçinin deyilir: "Avropanın coğrafi məkanında yerləşməsinə baxmayaraq, Korsika xalqı rəsmi Paris tərəfindən hücumlara məruz qalır, yerli Korsika dili sıxışdırılır, müstəqillik tələb edən partiyalara və hərəkatlara qarşı “terror təhlükəsi” adı altında silahlı hücumlar təşkil olunur.

Fransanın uzunmüddətli müstəmləkəçilik siyasəti Māʻohi Nui (Fransız Polineziyası) ilə birlikdə BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısında yer alan Kanakinin (Yeni Kaledoniya) əsrlər boyu sahibi olmuş Kanak xalqının siyasi, sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılmasına, onların öz tarixi torpaqlarında sıxışdırılmasına və torpaq üzərində nəzarət imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsinə səbəb olmuşdur. Fransa uzun illər materik Fransadan planlı şəkildə əhalinin adaya köçürülməsinə və yerli kanakları azlıqda qalmasına şərait yaradan demoqrafik siyasət həyata keçirir, Kanak xalqının bu siyasətə qarşı qanuni etirazları isə Fransa tərəfindən silahlı müdaxilə ilə qarşılanır. 2024-cü ilin may ayında Fransanın seçici siyahılarına dair islahat cəhdinə qarşı Kanak xalqının keçirdiyi dinc etiraz aksiyaları zamanı Kanak mənşəli vətəndaşlar Fransa polis qüvvələri tərəfindən qətlə yetirilib. Bununla yanaşı, müstəqillik tərəfdarı siyasi qüvvələrin rəhbərləri qanunsuz həbs olunaraq, onlardan bir neçəsi Fransaya aparılıb.

Māʻohi Nui-də (Fransız Polineziyası) əhalinin böyük əksəriyyətini yerli Māʻohi Nui xalqı təşkil edir. Təxminən 5 milyon km²-lik EEZ-ə malik bu strateji ərazinin dəniz resursları üzərində əsas nəzarət Fransa dövlətinin əlindədir. Fransanın 1966–1996-cı illərdə burada keçirdiyi 193 nüvə sınağı isə müstəmləkəçiliyin ən ağır miraslarından biri olaraq ətraf mühitə və yerli əhalinin sağlamlığına uzunmüddətli zərər vurub. Bu sınaqlar Māʻohi xalqının hüquq və təhlükəsizliyinin Fransa hərbi-strateji maraqlarına tabe etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

Qvadelupa və Martinikdə müstəmləkəçiliyin ən ağır və uzunmüddətli nəticələrindən biri xlordekon pestisidinin yaratdığı genişmiqyaslı ekoloji çirklənmədir. Onilliklər ərzində istifadə edilən bu yüksək toksik maddə torpaq və su ehtiyatlarını çirkləndirərək regionun ekosisteminə və ictimai sağlamlığa ciddi zərər vurub. Xlordekon Antil əhalisinin 90 faizindən çoxunun orqanizmində aşkar edilib.

Fransanın cənub-qərbində yaşayan Basklar (Basques) və ölkənin qərbində məskunlaşan Bretonlar (Bretons) uzun illər ərzində Parisin sərt mərkəzləşmiş və assimilyasiya siyasəti və “vahid millət, vahid dil” adı altında öz milli kimliklərini, dillərini və mədəni irslərini itirmək təhlükəsi ilə üz üzədirlər.

Fransız Qvianasında yaşayan Kali'na, Lokono, Wayana, Wayampi, Teko və Palikur xalqları Fransanın uzunmüddətli müstəmləkəçilik siyasətinin qurbanına çevriliblər.

Mayottada Qəmər və Malaqasi mənşəli olan yerli Mahorais əhalisi Fransanın müstəmləkə idarəçiliyinin uzunmüddətli nəticələri ilə yanaşı, təbii fəlakətlərə qarşı həssaslığın da ağır nəticələrini yaşayır.

Niderlandın müstəmləkə əsarətində olan Boneyra, Aruba, Saba və Sen-Martin kimi Karib ərazilərində yaşayan yerli xalqlar uzun illərdir müstəmləkə idarəçiliyinin siyasi, iqtisadi və sosial nəticələri ilə üzləşirlər. Niderlandın tətbiq etdiyi idarəetmə və iqtisadi siyasətlər nəticəsində torpaqların kommersiyalaşdırılması, sürətli turizmin genişlənməsi, xarici kapitala artan asılılıq və daşınmaz əmlak qiymətlərinin yüksəlməsi yerli əhalinin öz torpaqlarında münasib qiymətə mənzil və iqtisadi resurslara çıxışını çətinləşdirir. Eyni zamanda, bu proseslər yerli xalqların milli və mədəni kimliyinin zəifləməsinə, təbii sərvətlər üzərində nəzarət imkanlarının azalmasına və siyasi qərarvermədə asılılığın dərinləşməsinə səbəb olur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

Cənubi Koreyada estetik cərrahiyyə platformasına kiberhücum nəticəsində 220 mindən çox istifadəçinin məlumatı oğurlanıb

16:05
08 Sentyabr

Rusiyada qar uçqunu nəticəsində 11 nəfər həlak olub  

16:00
08 Sentyabr

Türkiyədə qanunsuz nadir bitki yığan şəxslər rekord məbləğdə cərimələndi

15:50
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!