06 Dekabr 2023 17:44
552
Mədəniyyət
A- A+

Balaban UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib

 

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib. Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.
Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar isə bunlardır: İşıq sənəti: Təzhib/Tazhib; İftar və onun sosial-mədəni ənənələri; Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti; Sədəf düzmə sənətkarlığı.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video