16 İyul 2026 18:08
550
CƏMİYYƏT
A- A+
Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

Bakı Şəhər Prokurorluğunda 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi və prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirə iştirakçıları əvvəlcə Bakı Şəhər Prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin siyasi iradəsi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafın təmin olunduğunu vurğulayıb.

Bildirilib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar paytaxtın prokurorluq orqanları tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Bu çərçivədə mayın 14-də Xətai rayon prokurorluğunda, iyunun 5-də isə Yasamal rayon prokurorluğunda media nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq qapı” günləri təşkil olunub və bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Əməliyyat müşavirəsində Baş prokuror tərəfindən müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Qeyd olunub ki, 2026-cı ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə, ümumilikdə 6909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.

Hesabat dövründə törədilmiş qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin hamısının üstü paytaxtın daxili işlər orqanları ilə qarşılıqlı işgüzar əməkdaşlıq nəticəsində açılıb.

Şəhərin prokurorluq orqanları tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib. Daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə 3148 cinayət işinin istintaqı yekunlaşdırılıb, 2338 iş məhkəmələrə təqdim olunub. Hesabat dövründə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı, yəni 73,2 faizi ödənilib.

Müşavirədə axtarışda olan və itkin düşmüş şəxslərin tapılması istiqamətində həyata keçirilən tədbirlərin intensivliyinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və qəbulların təşkili məsələlərinin daim diqqət mərkəzində saxlanılması tələb olunub. Xüsusilə şəhid və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, eləcə də sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılmasının və onların dərhal qəbulunun təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 min 573 müraciət daxil olub və baxılıb, ümumilikdə 1299 vətəndaş qəbul edilib. Onlardan 173 nəfəri Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyi qeyd olunub. Prokurorluq əməkdaşlarının cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib olunması, qeydiyyatı və elektron dövriyyəsinin təşkili prosesinə tam hazır olmalarının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin Bakı Şəhər Prokurorluğunun əlaqədar struktur qurumları və tabe prokurorlar tərəfindən cari ilin birinci yarımilində artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası, ötən illərdən açılmamış qəsdən adamöldürmə cinayətlərinin üstünün açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət nəticəsində Bakı Şəhər Prokurorluq orqanlarının bir əməkdaşı intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilib.

Müşavirədə Bakı şəhər prokurorunun müavinləri və rayon prokurorları hesabat məruzələri ilə çıxış edərək görülmüş işlər barədə məlumat verib, mövcud nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Sonda Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının, habelə ölkədə mövcud ictimai-siyasi sabitliyin qorunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirləri davam etdirəcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!