Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilib
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 4-də “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Ombudsman Aparatı, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri və Aİ-yə daxil olan altı ölkənin səfiri, eləcə də minadan zərərçəkənlər iştirak ediblər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan 30 ildən artıqdır mina problemi ilə üz-üzədir. “Azad edilən ərazilərdə aparılan işlər nəticəsində bir milyondan çox minanın basdırıldığı məlum olub. İşğal zamanı yalnız burada deyil, İranla sərhəddə də minalar basdırılıb. Azərbaycan hazırda Cənubi Qafqazda minalardan ən çox əziyyət çəkən ölkədir. Ümidvaram ki, ölkələr mina problemi ilə əlaqədar daha diqqətli olacaqlar. Biz 44 günlük Vətən müharibəsindən sonra demək olar ki, hər gün mina qurbanları barədə xəbərlər alırıq”, - deyə İctimai Birliyin sədri qeyd edib.
"LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut qeyd edib ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət olunacaq və mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar ediləcək.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanın bu gün Cənubi Qafqazda mina problemindən ən çox əziyyət çəkən ölkə olduğunu vurğulayıb: “Çalışırıq ki, Azərbaycana problemin həlli ilə bağlı əlimizdən gələn qədər kömək edək. Mina problemi siyasi məsələ deyil, humanitar məsələdir. Avropa İttifaqı Azərbaycanda mina probleminin aradan qaldırılmasında maraqlıdır. Lakin bu, çox uzun bir prosesdir”.
ANAMA-nın Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin Beynəlxalq əlaqələr və donorlarla iş bölməsinin müdiri Rövşən Kərimov nəzərə çatdırıb ki, Agentlik humanitar minatəmizləmə işləri çərçivəsində 110 hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: "ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük müharibədən sonra 18 mindən çox tank əleyhinə, 30 mindən çox piyada əleyhinə minalar, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib".
Daha sonra mina qurbanları yaşadıqları problemlərlə əlaqədar tədbir iştirakçılarını məlumatlandırıb, mina problemi ilə mübarizədə beynəlxalq təşkilatlara çağırışlar ediblər.
Tədbir sözügedən problemlərin müzakirəsinə həsr olunmuş panel iclasları ilə davam edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!