28 Oktyabr 2026 08:10
334
İQTİSADİYYAT
A- A+
Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"


İtaliyanın dünyaşöhrətli "Eni" şirkəti Azərbaycana "Əsrin müqaviləsi"nin  həyata keçirildiyi ilk vaxtlardan gəlib. Şirkətin SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əməkdaşlığı və tərəfdaşlığı bu gün də davam edir və bir sıra istiqamətləri əhatə edir.

Əməkdaşlığın istiqamətlərindən biri karbohidrogenlərin kəşfiyyatı və hasilatıdır. Belə ki, tərəflər Azərbaycanda və "Eni"nin fəaliyyət göstərdiyi digər ölkələrdə mövcud və yeni neft-qaz layihələrində sərmayə imkanlarını və sinerjini qiymətləndirirlər.

Onilliklərdir Azərbaycanın etibarlı tərəfdaşı kimi sınaqdan keçən "Eni" Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 10 səhmdarından biridir və layihədə 5 faiz iştirak payına malikdir. 2024-cü ildə SOCAR-la "Eni" arasında Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev dəfələrlə bu şirkətin rəhbərlərini qəbul edib, həmin görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu iki şirkət üçüncü ölkələrdə birgə layihələrdə də tərəfdaşlıq edirlər. Məsələn, SOCAR "Eni"nin operatoru olduğu Kot-d'İvuardakı nəhəng "Baleine" neft-qaz yatağında 10 faiz paya sahib olub.

"Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri sayılır. Dənizdə yerləşən nəhəng yataq 2021-ci ildə kəşf edilib və 2023-cü ildə  hasilata başlayıb. Bu yataq dəniz səviyyəsindən təqribən 1200 metr dərinlikdə "məskunlaşıb". "Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. 

SOCAR "Baleine" yatağının işlənməsi layihəsində iştirak payının alınması ilə bağlı sazişi "Eni S.p.A." şirkəti ilə bu ilin yanvarında imzalayıb. Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Sənədə Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi imza atıblar. 

Qeyd edək ki, hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz çıxarılır. 4 milyard dollar investisiya ilə təsdiqlənən və inşası davam edən 3-cü mərhələnin işə düşməsi ilə hasilatın gündəlik 150 min barel neftə və 5,7 milyon kubmetr qaza çatdırılması gözlənilir. Yataqdakı neftin potensial həcminin təxminən 2,5 milyard barel, təbii qaz ehtiyatlarının isə 3,3 trilyon kubfut (93,4 milyard kubmetr) olduğu təxmin edilir.

Şirkətlər üçüncü ölkələrdə yeni təşəbbüslərdə və birgə layihələrdə əməkdaşlığın genişləndirilməsini düşünürlər.

SOCAR-la "Eni"nin əməkdaşlığının digər bir istiqaməti isə bioyanacaq və "yaşıl enerji" keçididir. Belə ki, Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihələr, dekarbonizasiya, istixana qazı emissiyalarının azaldılması üzrə  potensial əməkdaşlıq nəzərdən keçirilir. Eləcə də kənd təsərrüfatı tullantılarından (və ya təkrar emal olunan bitki yağlarından) istifadə etməklə ənənəvi neft emalı zavodlarının biorefineriyalara çevrilməsi imkanları  araşdırılır. 

Perspektivdə qaz infrastrukturu və texnologiya mübadiləsi sahələrində  əməkdaşlığın genişləndirilməsi məsələləri də durur.  Hazırda milli və beynəlxalq qaz nəqli infrastrukturu sahəsində əməkdaşlıq, eləcə də texnologiya transferi və süni intellekt-rəqəmsal infrastruktur kimi sahələrdə tərəfdaşlıq potensialına  diqqət yönəldilib. 

Bir qədər də dünyanın öndəgedən inteqrasiya olunmuş enerji və neft-qaz şirkətlərindən biri olan "Eni S.p.A."nın özü haqqında. Bu, qlobal miqyasda fəaliyyət göstərən nəhəng İtaliya transmilli enerji şirkətidir. Dünyanın ən böyük neft-qaz korporasiyalarından biri olmaqla, bərpaolunan enerji və dekarbonizasiya sahəsində də həllər təqdim edir. Fəaliyyət sahəsi neft-qaz hasilatı və emalı, elektrik enerjisi istehsalı, innovativ enerjiyə keçiddən ibarətdir. "Eni" 1953-cü ildə təsis edilib, 71 500-ə yaxın əməkdaşı olan beynəlxalq bir qurumdur.

Fəaliyyətinin coğrafiyası da olduqca genişdir. Belə ki, dünyanın təxminən 62-79 ölkəsində neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və satışı sahələrində çalışır. 

İstehsal gücünü isə  gündəlik təxminən 1,73 milyon barel neft ekvivalenti hidrokarbonu hasilatı təşkil  edir.

Qeyd etdiyimiz kimi, "Eni" şirkəti  "yaşıl enerji" və texnologiya sahəsində də fəaliyyət göstərir. Özünün "Plenitude" törəmə şirkəti vasitəsilə 5,8 giqavat bərpaolunan enerji gücünə malikdir və biorefineriya fəaliyyətləri həyata keçirir. 

"Eni"nin səhmdar strukturu da maraq doğurur. İtaliya hökuməti müxtəlif qurumlar (İqtisadiyyat və Maliyyə Nazirliyi və Cassa Depositi e Prestiti) vasitəsilə şirkətdə əhəmiyyətli paya (qızıl səhm daxil olmaqla təxminən 33 faiz ) malikdir. 

Deyilənlərə əlavə edək ki, bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində "Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə  də  görüşüb. Görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın "Eni" ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır  

11:29
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Müəllimlər üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb  

10:34
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!