Azərbaycanın uğurları fonunda ABŞ-nin riyakarlığı artır
"ABŞ Azərbaycanın müstəqil siyasətini heç cür qəbul edə bilmir. Həmçinin daim insan haqları, demokratiya və söz azadlığından danışan ABŞ-də bu dəyərlərin heç bir zərrəsi də yoxdur. Bu ölkədə insan haqları addımbaşı pozulur, söz azadlığından isə söhbət belə gedə bilməz. Ona görə də "Vaşinqton Post"da əleyhimizə dərc olunmuş məqalənin həqiqətlərə tamamilə zidd olması, boynumuza atmaq istədikləri hüquq pozuntularının, əslində, özlərinə məxsus olması heç kimə sirr deyil".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, müstəqil siyasət yürüdən Azərbaycanın Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsini bir sıra ölkələr, eləcə də ABŞ qəbul edə bilmir: "ABŞ, ümumiyyətlə, özündən başqa hansısa ölkənin güclü olmasını istəmir. Vaxtilə keçmiş Minsk qrupunun həmsədri olmasına baxmayaraq, 30 il ərzində torpaqlarımızın azad olunması, BMT TŞ-nin qətnamələrinin icrası üçün heç bir addım atmaması da bunu sübut edir. Halbuki ABŞ həmin qətnamələrin imperativ olduğunu, yəni icra edilməsinin vacibliyini bilirdi".
Məlahət İbrahimqızı deyib ki, Azərbaycanın təkbaşına, yalnız öz gücü hesabına, işğalda olan Qarabağ və Şərqi Zəngəzuru azad etməsi ABŞ-ni qıcıqlandırır. Daha sonra Azərbaycanın bu ilin sentyabrın 19-20-də terror yuvasına çevrilmiş Xankəndidə antiterror tədbirləri həyata keçirməklə öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etməsi Vaşinqtonun riyakar xislətini bir daha ortaya çıxardı.
Deputatın sözlərinə görə, ABŞ məsələlərə ikili standartlardan yanaşmağı adət halına çevirib. "Vaşinqton Post"da ilk dəfə deyil ki, ölkəmiz əleyhinə qərəzli məqalə dərc olunub. Dəfələrlə belə yazılar dərc edən bu qəzet sifarişlə işləyir. Amma ABŞ hökuməti Azərbaycana qara yaxmaq əvəzinə öz ölkəsində baş alıb gedən problemlərlə məşğul olsa, daha yaxşı olar. "Belə qeyri-obyektiv yazıların sifarişçilərindən biri də erməni diasporudur. Heç kimə sirr deyil ki, ABŞ-nin bir sıra dairələri erməni lobbisinin oyuncağına çevrilib. İkinci Qarabağ savaşında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək dünya dövlətləri üçün yeni hərb mədəniyyəti formalaşdıran Azərbaycanın zəfərləri ilə barışa bilməyən qüvvələrin ölkəmizə şər atmaqdan başqa çarəsi qalmayıb. Çünki onların xislətində humanizm və ədalət hissi yoxdur", - deyə müsahibim qeyd edib.
Məlahət İbrahimqızı onu da bildirib ki, biz Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edənlərin, ölkəmizi etnik təmizləmədə günahlandıranların bütün absurd bəyanatlarını birmənalı olaraq rədd edirik. Ölkəmizə qarşı ittiham dolu yazıları ilə tez-tez gündəmə gələn "Vaşinqton Post" qəzetinin sözügedən məqaləsinin yalan və böhtandan ibarət olduğunu bəyan edirik. Ölkəmizin regionda mühüm aktora çevrilməsini, dünyada gündən-günə artan nüfuzunu həzm edə bilməyən ABŞ-nin belə çirkin kampaniyaları davam etdirməsi ona heç nə qazandırmayacaq".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!