22 Aprel 2025 08:05
462
SİYASƏT
A- A+
Azərbaycanın tələbləri haqlı və legitimdir

Azərbaycanın tələbləri haqlı və legitimdir


İrəvan Bakının şərtlərinə əməl etməzsə, itirən yenə də Ermənistan olacaq


Rəsmi Bakı həm regional, həm beynəlxalq müstəvidə həmişə dəqiq, aydın və milli maraqlarını tam təmin edən siyasi kurs həyata keçirib. Respublikamıza qlobal səviyyədə, beynəlxalq münasibətlərdə nüfuz qazandıran mühüm siyasi faktorlardan biri də budur. Bu yanaşma Ermənistanla münasibətlərin normallaşdırılması prosesində də özünü büruzə verir. Dayanıqlı sülhə nail olunması Azərbaycanın qoyduğu prioritet hədəflərdəndir.


Qarabağ problemi keçmişdə qalıb


Vətən müharibəsinin başa çatmasından ötən 5 ilə yaxın dövrün reallıqları təsdiq edir ki, Azərbaycan Ermənistanla sülhə nail olunması istiqamətində bütün imkanları səfərbər edib. Məhz Bakı sülh sazişi üzrə danışıqların təşəbbüskarı olub. Sülh sazişi layihəsinin əsasında dayanan prinsipləri də Azərbaycan təqdim edib. Ermənistan rəsmiləri sözdə sülhə tərəfdar olduqlarını bildirsələr də, bu ölkənin törətdiyi müxtəlif hərbi təxribatlar davamlı şəkildə  sülh prosesinə əngəllər yaradıb. Digər tərəfdən, Ermənistan sülh sazişi layihəsində öz əksini tapması zəruri olan müddəalara qarşı da çıxıb. Başqa cür desək, Ermənistan sülh sazişinin yarımçıq imzalanmasına çağırışlar etməklə, sülhün özünə də qarşı çıxmağa çalışıb. 

Ancaq İrəvan Bakının prinsipial mövqeyi qarşısında duruş gətirə bilməyib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mart ayının 13-də jurnalistlərə müsahibəsində sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını bildirmişdir. Nazir açıq qalan son iki maddə ilə bağlı Ermənistanın Azərbaycanın təkliflərini qəbul etdiyini demişdir. Ceyhun Bayramov onu da bildirmişdir ki, danışıqlar nəticəsində, əsasən, 12 sənəd layihəsi dəyişdirilib.

Ancaq növbəti vacib məsələ sülh sazişini tamamlayacaq prosesin icrasıdır. Belə ki, sülh sazişinin imzalanması üçün Ermənistanın yerinə yetirməli olduğu digər prinsipial məsələlər də var. Söhbət Ermənistan konstitusiyasında mövcud olan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından və ATƏT-in Minsk qrupunun hüquqi ləğvindən gedir. Aprel ayının 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev bu məsələlərlə bağlı bir daha Azərbaycanın mövqeyini bəyan etdi.  1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini isə Azərbaycan özü həll etdi.  Bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir. Bu isə o deməkdir ki, artıq Qarabağ problemi deyilən bir mövzu yoxdur. Beləliklə, münaqişə həll olunduğu və Ermənistan Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmayıb. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə fəaliyyətini faktiki olaraq dayandırmış Minsk qrupunun hüquqi ləğvinə maraq göstərmir. Bu ritorik sualın cavabı aydındır. Ermənistan Minsk qrupunun saxlanılmasına nail olmaqla gələcəkdə Qarabağla bağlı yeni gündəm yaratmaq  və ölkəmizə qarşı ərazi iddiası irəli sürmək məqsədini güdür, Ermənistanın sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. 


Ermənistan sülh prosesinə kölgə salmaqda davam edir

 

Ermənistan konstitusiyasında isə bu ölkənin müstəqillik aktına istinad var. Həmin aktda isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, ölkəmizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması Azərbaycanın legitim tələbidir. "Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir", - deyə Prezident İlham Əliyev bildirib.

İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bu ölkənin rəsmi şəxsləri yeni konstitusiyanın qəbul ediləcəyi barədə fikirlər səsləndirirlər. Lakin hələ ki, ortada konkret fəaliyyət yoxdur. Digər tərəfdən, Ermənistanın ərazilərimizi atəşə tutmaqla təxribatlara yol verməsi sülh prosesinə kölgə salır. Ərazilərimizin atəşə tutulması həm də Ermənistanın ənənəvi davranışlarını xatırladır. Söhbət ondan gedir ki, hələ Vətən müharibəsindən əvvəl danışıqlar prosesinin hansısa mərhələsində Ermənistan dəfələrlə təxribatlar törədərək sülh danışıqlarını məqsədyönlü şəkildə dayandırmış, bununla da status-kvonun uzadılmasına çalışmışdı. Hansısa irəliləyiş məqamında və hansısa razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törətmişdi. Hətta işğalı davam etdirmək üçün danışıqlar zamanı Ermənistan prezidentinin tualet bəhanəsi ilə aradan çıxdığı vaxtlar da olmuşdur. 

İndi də Ermənistan rəhbərliyinin davranışlarında eyni hallar müşahidə edilməkdədir. İrəvan əgər sülhün və münasibətlərin normallaşdırılmasının tərəfdarıdırsa, Azərbaycanın beynəlxalq hüquq qaydalarına əsaslanan tələblərinə əməl etməlidir. Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması və dayanıqlı sülhün əldə edilməsi mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, top Ermənistanın tərəfindədir. Əgər İrəvan bu addımları atmasa,  itirən yenə də Ermənistan olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!