29 Mart 2025 12:46
491
SİYASƏT
A- A+
Azərbaycanın milli azadlıq mübarizəsinin bir səhifəsi

Azərbaycanın milli azadlıq mübarizəsinin bir səhifəsi


31 mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü Azərbaycanın tarixində önəmli bir gündür. Bu gün 1918-ci ildə Bakıda və digər regionlarımızda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qətllərin, təcavüzlərin və zülmlərin yad edilməsi kimi qeyd edilir. Bu soyqırım bir çox azərbaycanlı ailəsinin məhv edilməsinə və məcburi köçkünlük həyatı yaşamasına səbəb olmuşdur.

Hər il 31 mart tarixi bütün ölkədə, o cümlədən xaricdə Azərbaycanlılar tərəfindən anılır və soyqırım qurbanlarının xatirəsi yad edilir. Soyqırımın tanınması və bu hadisənin dünya ictimaiyyəti tərəfindən anılması Azərbaycanın xalqının ağrılı səhifələrini gündəmə gətirmək və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün olduqca vacibdir. 31 Mart Soyqırımı həmçinin Azərbaycanın müstəqillik və milli azadlıq mübarizəsinin bir parçasıdır. 

1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilmiş, soydaşlarımız işgəncələrə məruz qalmışlar. 

Erməni qəsbkarları tərəfindən törədilən bu hadisə təkcə insanlara qarşı deyil, həm də mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qarşı həyata keçirilmişdir. Soyqırım zamanı bölgələrimizdə xeyli sayda yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Soyqırımın davamı olaraq sonrakı illərdə də erməni qətliamçıları qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər ərazilərimizdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Bu qanlı faciə Bakı Sovetinin 6 min silahlı əsgəri ilə yanaşı həmçinin “Daşnaksütun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən törədilmiş, silahlı erməni bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edilmiş, uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardığı araşdırma nəticəsində məlum olub ki, təkcə Şamaxıda baş vermiş hadisələr nəticəsində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirilib, 18 min nəfərdən çox şəxs isə yurd-yuvasından didərgin düşüb.

Bundan başqa Qubada törədilən qırğınlar zamanı ümumilikdə 4000 nəfərdən artıq soydaşımızın qətlə yetirildiyi bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 690 nömrəli Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmışdır.

Ümummilli Lider Heydər Əliyev soyqırım hadisələri ilə bağlı öz fikirlərində bildirmişdir ki, “Xalqımıza qarşı yeridilmiş soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir”.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı 30 dekabr 2009-cu il tarixli, 673 nömrəli Sərəncam vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. 

Ölkə Başçısı Soyqırım memorial kompleksinin açılışında qeyd etmişdir ki, “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” 

Bundan başqa erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 3587 nömrəli Sərəncam imzalamış, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış və Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Ölkə başçısı tərəfindən atılan bütün bu addımlar, mənfur ermənilərin əsrlər boyu  soydaşlarımızın başına gətirdiyi zülmlərin, qanlı faciələrin xalqımız tərəfindən unudulmaması, həmçinin həqiqətlərin bütün dünyaya çatdırılması ilə səciyyələnir ki, bu hadisələri daim yaddaşlarda yaşatmaq və xalqımıza qarşı törədilmiş təcavüzlərin həqiqətlərini dünyaya çatdırmaq bir xalq olaraq bizim də borcumuz və vəzifəmizdir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kirayə mexanizmi çərçivəsində Bakıda daha 213 təmirli mənzil satmaq öhdəliyi ilə təqdim edilir

20:12
01 Aprel

Gənclər və İdman Nazirliyində Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ilə görüş keçirilib

20:05
01 Aprel

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən

20:01
01 Aprel

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:51
01 Aprel

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan

19:38
01 Aprel

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

19:36
01 Aprel

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir  

19:28
01 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

19:21
01 Aprel

Elektron siqaretdən istifadə popkorn xəstəliyinə səbəb olur

19:09
01 Aprel

Azərbaycanın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarını müdafiə edən xüsusi qətnamə irəli sürülüb

19:02
01 Aprel

Rusiyanın “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qrefdən

18:49
01 Aprel

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

18:29
01 Aprel

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

18:16
01 Aprel

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir

18:02
01 Aprel

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib 

17:46
01 Aprel

Ötən ay Avrozonada inflyasiya 2,2 faiz olub

17:33
01 Aprel

İflic insanların düşüncələrini oxuyan neyrointerfeys təqdim edilib

16:46
01 Aprel

“Neuralink” implantının insanlar üzərində testlərinə start veriləcək

16:44
01 Aprel

Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib

16:43
01 Aprel

Rayonlara yağış yağacaq, dolu düşəcək XƏBƏRDARLIQ

16:42
01 Aprel

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb  

16:41
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!