09 Noyabr 2025 18:50
619
SİYASƏT
A- A+
Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  


Azərbaycan Respublikasının İrandakı səfirliyi tərəfindən 8 Noyabr- Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, rəsmi qəbulda İran Parlamentinin deputatları, İran Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlət qurumlarının rəsmi şəxsləri, media təmsilçiləri və ictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri və Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin anılması və Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda ölkəmizin şanlı qələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbi qənimətlər haqqında iştirakçılara məlumat verib.

E.Qasımov Azərbaycan Silahlı Qüvvələrinin zəngin döyüş təcrübəsinin bir çox ölkələr tərəfindən öyrənildiyini, ordumuzun yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa daim hazır olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 30 ilə yaxın müddətdə davam edən səylərdən və səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu və ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirib. Səfir, 44 günlük Vətən müharibəsi ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Əli Əlizadə Azərbaycanın Zəfər müharibəsindən dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrə sülh müqaviləsi layihəsini təqdim etdiyini və bunun nəticəsində cari ilin avqustun 8-də Vaşinqtonda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini parafladığını diqqətə çatdırıb. Diplomat, Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqət və qayğısı ilə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin bir daha Azərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərinin və qətiyyətinin təzahürü olduğunu qeyd edib. 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsinin Azərbaycan-İran əlaqələrinə də öz xüsusi töhfəsini verdiyini vurğulayan Əli Əlizadə, qeyd olunan ərazilərdə də ağıllı kənd və şəhərlərin, geniş avtomobil yolları və dəmiryolunun, çoxsaylı infrastruktur layihərinin tikintisinin, kommunikasiya bağlantılarının yaradılmasının, İranla sərhəddə yeni Ağbənd-Kəlalə körpüsünün inşasının Azərbaycanın dost və qardaş İranla əlaqələrinin inkişafında və əməkdaşlığının daha da möhkəmləndiriməsində qətiyyətini bir daha təsdiq etdiyini diqqətə çatdırıb.

Əli Əlizadə, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Rəsmi qəbul, milli mətbəximizin təamları ilə verilən ziyafət və azərbaycanlı musiqilərin ifası ilə davam edib. Qonaqlar həmçinin, Azərbaycanın Vətən müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuş foto sərgi ilə də tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!