08 Noyabr 2025 12:33
457
CƏMİYYƏT
A- A+
Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.

AKTİ-dən verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycan gəncləri və könüllüləri 8 Noyabr - Zəfər Gününü dərin qürur hissi ilə qeyd edirlər. Vahid amal ətrafında birləşən xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Ordumuzun şücaəti sayəsində beş il öncə əldə olunan tarixi Qələbə Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunub:”Beynəlxalq hüququn təntənəsini təcəssüm etdirən bu Qələbə ilə xalqımız 30 ilə yaxın davam edən işğal və ədalətsizliyə son qoyub. Azərbaycan artıq qalib ölkə, biz isə onun qalib gəncləriyik. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, sağlamlığını itirmiş qəhrəmanlarımıza şəfa diləyirik”.

Vurğulanıb ki, tarixi Zəfərimiz, eyni zamanda, xalqımızın doğma torpaqlarına qayıdışının, genişmiqyaslı yenidənqurma və dirçəliş dövrünün başlanğıcıdır. “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik məfkurəsi ilə böyüyən, dövlətimizin və dövlətimizin başçısının ətrafında birləşən gənclər şanlı Zəfərə aparan yolda istər döyüş meydanında, istərsə arxa cəbhədə hər zaman ön sıralarda idi. Dövlətimizin başçısının söylədiyi kimi, “On minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq”. Bu gün biz gənclər Böyük qayıdış və yenidənqurma prosesinin də aparıcı qüvvəsi olmaqdan qürur duyuruq. Artıq on minlərlə vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə yaşayır və çalışır. Bu insanların böyük əksəriyyətini məhz gənc nəsil təşkil edir”.

Eyni zamanda, bəyanatda Zəfərin beşinci ildönümünü qeyd edilərkən, bölgədə ədalətli sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan mühüm addımların alqışlandığı qeyd olunub:”Prezident İlham Əliyev həm müharibənin qalibi, həm də sülh gündəliyinin müəllifi kimi bizlərə öz nümunəvi liderliyini bir daha nümayiş etdirib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində regionda, nəhayət, əmin-amanlıq və davamlı inkişaf üçün möhkəm zəmin yaranıb. Bu, ölkəmiz və bütün Cənubi Qafqaz regionu üçün yeni tarixi dövrün başlanğıcı deməkdir. Zəfər bizim üçün sadəcə qalib xalqın qürur mənbəyi deyil, həm də təhlükəsiz və parlaq gələcəyə yönələn çağırışdır. Biz, Azərbaycan gəncləri və könüllüləri, bu çağırışı qəbul edir və yeni tarixi dövr üçün üzərimizə düşən missiyanı lazımınca dərk edir, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı, ərazi bütövlüyü və suverenliyinin əbədi olaraq təmin edilməsi üçün öz üzərimizə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!