11 Dekabr 2025 12:53
166
İQTİSADİYYAT
A- A+
Azərbaycanda 2000-ci ildən bəri pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb  

Azərbaycanda 2000-ci ildən bəri pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb  

Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 354 min 906 ton xam pambıq tədarük olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir. Bu, 2000-ci ildən bu yana ölkəmizdə qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb - 33,6 sent/ha.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 min 634,1 ha), Ağcabədi (11 min 821,7 ha) və Sabirabad (11 min 86,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,23 sentner/ha təşkil edir. Dekabrın 11-dək rayon üzrə əkin aparılmış 8 min 898,3 hektar sahədən 36 min 688,9 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,65 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,50 sentner/ha), Bərdə (35,90 sentner/ha) və Saatlı (35,78 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası dekabrın 15-dək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında  

02:17
12 Dekabr

“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 385 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:16
12 Dekabr

“Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

02:14
12 Dekabr

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 189-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:13
12 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında

02:12
12 Dekabr

“Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:11
12 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:10
12 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

01:14
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

01:12
12 Dekabr

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

23:34
11 Dekabr

Xankəndidə şahmat turnirinə yekun vurulub  

23:32
11 Dekabr

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib

21:43
11 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib  

21:27
11 Dekabr

Volodimir Zelenski: Mümkün ərazi həlli məsələsi referendum yolu ilə müəyyən edilməlidir  

21:03
11 Dekabr

Nikol Paşinyan Prezident İlham Əliyevin Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlayıb  

20:43
11 Dekabr

Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzinin açılışı olub VİDEO  

20:41
11 Dekabr

Azərbaycan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Sammitində MPM təcrübəsini təqdim edib  

20:33
11 Dekabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

20:19
11 Dekabr

Yerin altında Everestdən 100 dəfə hündür dağ kəşf edilib  

19:36
11 Dekabr

16 yaşdan kiçiklər üçün sosial media qadağası  

19:17
11 Dekabr

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı Cənubi Qafqazdan Mərkəzi Avropaya uzanan geosiyasi xətdir 

19:05
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!