17 Avqust 2026 20:00
891
CƏMİYYƏT
A- A+
Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  


Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirildiyinə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 2026-cı il iyulun 14-də “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, həmin şəxslər 2026-cı il avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Baş Prokurorluq bəyan edir ki, Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

Fransada mer ağcaqanadların uçmasını qadağan edən fərman imzalayıb

14:17
04 Sentyabr

Yuxudan oyanan kimi telefona baxmaq zərərlidir – Psixoloq xəbərdarlıq edir

14:15
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!