19 May 2026 12:01
498
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  


Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyib. İmzalanma mərasimi Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

AZƏRTAC İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzaladılar.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu, həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır. Tərəflər əlavə olaraq 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!