28 Mart 2025 16:56
371
SİYASƏT
A- A+
Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Martın 26-dən 28-dək Azərbaycan Respublikasının xarici işlər nazirinin (XİN) müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.

XİN-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 2024-cü il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti qeyd olunub.

Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini Elnur Məmmədov həmçinin martın 27-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.

Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Nurlan Yermekbayev ilə görüşüb və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aprelin 6-da imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

10:40
01 Aprel

Azərbaycan nefti 3 faizədək bahalaşıb

10:40
01 Aprel

Diaspor üzvü: Məqsədimiz azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarını dünyaya çatdırmaq, ədalətə nail olmaqdır  

10:26
01 Aprel

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb  

10:24
01 Aprel

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

09:59
01 Aprel

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

09:36
01 Aprel

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib  

09:34
01 Aprel

Haaqada soyqırımı qurbanlarının xatirəsi yad edilib

09:33
01 Aprel

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb  

09:28
01 Aprel

Mart soyqırımı insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətdir

09:26
01 Aprel

Mingəçevirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

21:53
31 Mart

Qərbi Azərbaycan İcması: “Doyçe Velle”nin verilişi jurnalistika standartlarının kobud şəkildə pozulmasıdır  

20:31
31 Mart

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

19:43
31 Mart

Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

19:02
31 Mart

MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır

18:43
31 Mart

Soyqırımı qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb

18:30
31 Mart

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

18:27
31 Mart

XX əsrin ən dəhşətli soyqırımı cinayəti

18:06
31 Mart

Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər YENİLƏNİB

17:37
31 Mart

Bibiheybət məscid-ziyarətgah Kompleksində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib  

16:51
31 Mart

Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib 

16:33
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!