16 Aprel 2025 17:00
335
SİYASƏT
A- A+
Azərbaycan-Sloveniya parlamentlərarası əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Sloveniya parlamentlərarası əməkdaşlığı müzakirə edilib


Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyi diqqətə çatdırılaraq, tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər olduğu bildirilib. Bu mənada yüksəksəviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi, nəqliyyat, yaşıl enerji və digər sahələrdə əməkdaşlıq üçün potensial var. Təhsil, elm, mədəniyyət sahələrində də əməkdaşlığın, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsinin xalqlarımızı daha da yaxınlaşdırdığı ifadə edilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin mühüm amillərdən biri olduğu vurğulanaraq, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin parlamentlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının oynadığı mühüm rolu qeyd edib. Onun sözlərinə görə, dostluq qrupları müntəzəm təmaslar, dialoqlar və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynayırlar.

Parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela Sloveniya parlamentinin sədri Urşka Klakoçar-Zupançiçin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Boyan Çebela parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini ifadə edib.

Qonaq Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq, ölkəmizin uğurlu təşkilatçılığı ilə bağlı təbriklərini çatdırıb. COP29 çərçivəsində keçirilən parlament görüşündə Sloveniyanın da təmsil olunduğu bildirilib.

Görüşdə qeyd olunub ki, Sloveniya xalqı bu ölkənin faşizmdən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadə-Mixaylonun xatirəsini ehtiramla yad edir. Vurğulanıb ki, bu, xalqlarımız arasında dostluğun təzahürüdür.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!