18 Avqust 2026 02:52
1776
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında hər üç halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında ikinci halda "orqan (qurum)"dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda "orqan (qurum)"dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında birinci halda"orqan (qurum)"dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin birinci  (hər üç halda) və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda "orqan (qurum)"dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.8. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda "orqan (qurum)"dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin üçüncü abzasına uyğun olaraq, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etsin;

2.2."Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823; 2025, № 8, maddə 750; 2026, № 4, maddə 304) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə üçüncü halda "və" sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə "ikinci cümlələrində" sözlərindən sonra "və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (hər üç halda)" sözləri əlavə edilsin;

3.2. 2.1-1-ci bəndə "cümləsində" sözündən sonra "və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (ikinci halda)" sözləri əlavə edilsin;

3.3. 2.1-6-cı bənd 2.1-7-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-6-cı bənd əlavə edilsin:

"2.1-6. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

3.4. 2.3-cü bənddə ikinci halda "2-ci hissəsində" sözləri "2-ci hissəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

3.5. 2.10-1-ci bəndə "hissəsində" sözündən sonra "və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (birinci halda)" sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 iyun tarixli 695 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-ci bənddə "və 1076-6.7-ci maddələrində" sözləri "maddəsində, 155.5-ci maddəsinin birinci (hər üç halda) və üçüncü abzaslarında, 1076-6.7-ci maddəsində" sözləri ilə əvəz edilsin;

4.2. 3.1-1-ci bənd 3.1-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 3.1-1-ci, 3.1-3-cü və 3.1-4-cü bəndlər əlavə edilsin:

"3.1-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

"3.1-3. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.1-4. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

4.3. aşağıdakı məzmunda 3.9-1-ci bənd əlavə edilsin:

"3.9-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda "orqan (qurum)" dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;".

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 avqust tarixli 753 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 5.6-cı bəndinə "özəlləşdirilməsini" sözündən sonra ", dəyişdirilməsini" sözü əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

17:10
15 Sentyabr

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

17:09
15 Sentyabr

Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

17:09
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

17:08
15 Sentyabr

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

17:07
15 Sentyabr

Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir

17:06
15 Sentyabr

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

17:05
15 Sentyabr

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb  

17:05
15 Sentyabr

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

17:04
15 Sentyabr

Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

17:02
15 Sentyabr

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

17:01
15 Sentyabr

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

16:59
15 Sentyabr

Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır

16:58
15 Sentyabr

Prezident: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir  

16:57
15 Sentyabr

“Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri təqdim olunub  

16:56
15 Sentyabr

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir  

16:54
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib  

16:53
15 Sentyabr

“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib  

16:52
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!