29 Yanvar 2025 00:54
1648
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Tibbi sığorta haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Tibbi sığorta haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü, 16-cı, 21-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934) 88-ci maddəsinə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin: 

"3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.". 

Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı məzmunda 39.5-ci, 44.7-ci, 51.9-cu və 52.6-cı maddələr əlavə edilsin:

"39.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.";

"44.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu vəsiqədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulur.";

"51.9. İş icazəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. İş icazəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi iş icazəsinin təqdim edilməsinə bərabər tutulur.";

"52.6. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu vəsiqədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 3. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639;  Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanunu) 25-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin: 

"Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 4. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932) 35-ci maddəsinə aşağıdakı məzmunda XIV hissə əlavə edilsin:

"XIV. Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 5. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501) 12-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Qaçqın vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Qaçqın vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi qaçqın vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 6. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I);2024, № 11, maddə 1182;Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli və 16 dekabr tarixli 101-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 1-1.5-ci maddə əlavə edilsin:

"1-1.5. Bu Qanunun 5-ci və 15-13-cü maddələrində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnamələri və bu Qanunun 15-28-ci maddəsində nəzərdə tutulmuş göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 7. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda11.4-3-cü maddə əlavə edilsin:

"11.4-3. Kommersiya qurumları və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini təsdiq edən sənədlərdə (dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, nizamnamə və ya nizamnaməyə dəyişiklikdə) göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 8. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I) aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:

"12.3. Çıxarışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi çıxarışın təqdim edilməsinə bərabər tutulur.".

Maddə 9. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005 (Cild I) aşağıdakı məzmunda 6.4-cü maddə əlavə edilsin:

"6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.".

Maddə 10. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76 (Cild I) aşağıdakı məzmunda 10.6-1-ci maddə əlavə edilsin:

"10.6-1. Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.".

Maddə 11. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644) aşağıdakı məzmunda 30.1-2-ci maddə əlavə edilsin:

"30.1-2. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.". 

Maddə 12. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500) aşağıdakı məzmunda 27.3-1-ci maddə əlavə edilsin: 

"27.3-1. Təhsil haqqında dövlət sənədində və bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 13. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,№ 7, maddə 572 (Cild I) aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:

"12.3. Annuitet və icbari sığorta müqavilələrində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu müqavilələrdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin müqavilələrin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 14. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I) aşağıdakı məzmunda 9.8-ci maddə əlavə edilsin:

"9.8. İcbari sığorta şəhadətnaməsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 15. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933) aşağıdakı məzmunda 19.20-ci maddə əlavə edilsin:

"19.20. Lisenziyada və icazədə, habelə onun əlavəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".

Maddə 16. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503) aşağıdakı məzmunda 3.7-ci maddə əlavə edilsin: 

"3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.". 

Maddə 17. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934) aşağıdakı məzmunda 5.15-ci maddə əlavə edilsin:

"5.15. Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb  

08:36
30 Mart

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır  

07:41
30 Mart

Azərbaycanda Ramazan bayramıdır  

07:35
30 Mart

ABŞ-da təyyarə yaşayış binasına düşüb  

07:26
30 Mart

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!