05 İyun 2024 03:11
955
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 2 avqust tarixli 438 nömrəli, "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında"  2007-ci il 12 mart tarixli 543 nömrəli, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 2 avqust tarixli 438 nömrəli, "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında"  2007-ci il 12 mart tarixli 543 nömrəli, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (bundan sonra - "Dövlət Reyestri Xidməti")" sözləri "(bundan sonra - Ədliyyə Nazirliyi)" sözləri ilə əvəz edilsin; 
1.2. 8.2-ci bənddən "Azərbaycan Respublikası" sözləri çıxarılsın;
1.3. 17-ci, 18-ci, 23-cü hissələrdə, 24-cü və 27-ci hissələrin ikinci cümlələrində ismin müvafiq hallarında "Dövlət Reyestri Xidməti" sözləri ismin müvafiq hallarında "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.4. 26-cı hissənin ikinci cümləsində "Dövlət Reyestr Xidməti" sözləri "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 664 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.3-cü bəndə "4.5-ci," sözlərindən sonra "7.1-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci,   10.5-ci, 10.7-ci," sözləri əlavə edilsin;
2.2. 3.4-cü bənd ləğv edilsin.
3. "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222 (Cild I) aşağıdakı dəyişiklikər edilsin:
3.1. 2-ci hissədən "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri çıxarılsın;
3.2. 5-ci hissədə "Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə" sözləri "Nazirliyinə" sözü ilə əvəz edilsin; 
3.3. həmin Fərmanla təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə" üzrə:
3.3.1. 5-ci hissədə "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri "(bundan sonra - Ədliyyə Nazirliyi)" sözləri ilə əvəz edilsin;
3.3.2. 6-cı və 15-ci hissələrdə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin;
3.3.3. 22-ci hissədə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyi və onun" sözləri ilə əvəz edilsin;
3.3.4. 24-cü hissədə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyi və onun" sözləri ilə əvəz edilsin;
3.3.5. 26-cı hissədən "Azərbaycan Respublikasının" sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 3.1-ci, 3.2-ci və 3.4-cü bəndlərində "Ədliyyə sahəsində xidmətlər" sözləri "Notariat, qeydiyyat və reyestr" sözləri ilə, "ədliyyə sahəsində xidmətlər üzrə" sözləri "notariat, qeydiyyat və reyestr üzrə" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 34 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 9-cu hissədə, 36.2-ci, 44.2-ci və 70-3.2-ci bəndlərdə "Ədliyyə sahəsində xidmətlər" sözləri "Notariat, qeydiyyat və reyestr" sözləri ilə, "ədliyyə sahəsində xidmətlər üzrə" sözləri "notariat, qeydiyyat və reyestr üzrə" sözləri ilə əvəz edilsin;
5.2. 57.1-ci bənddə "İcra baş idarəsinin" sözləri "İcra xidmətinin" sözləri ilə əvəz edilsin;
5.3. 65-ci hissədə birinci halda "Bələdiyyələrlə iş mərkəzinin" sözləri "Bələdiyyələrlə iş baş idarəsinin" sözləri ilə, "Bələdiyyələrlə iş mərkəzinin rəisi" sözləri "bələdiyyələrlə iş sahəsində müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

15:58
15 Yanvar

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!