12 Aprel 2025 08:20
432
SİYASƏT
A- A+
Azərbaycan qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir

Azərbaycan qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir


"Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma kimi mövqeyini möhkəmləndirir. Bunu aprelin 9-da Bakıda ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumunun nüfuz dairəsi də təsdiq edir. Əlamətdar haldır ki, 80-dən çox nüfuzlu beynəlxalq ekspertin və dünyanın 40-dan çox ölkəsindən analitik mərkəzlərin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk günü aprelin 8-də Xankəndidəki Qarabağ Universitetində keçirildi. Bakıda işini davam etdirən forumda Prezident İlham Əliyev çıxış edərək ölkə və regional gündəliyə dair mühüm fikirlər səsləndirdi, beynəlxalq siyasətin ən aktual problemlərinə də münasibətini açıqladı".

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

ADA Siyasət Forumunun artıq yeddinci ildir keçirildiyini bildirən deputatın sözlərinə görə, forumda təhlükəsizlik, Azərbaycanın regionda sülhün bərqərar olmasında səyləri, dünyada gedən proseslər və təbii ki, Qarabağ ətrafında vəziyyət, 44 günlük müharibədə tarixi qələbədən sonra - işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri ilə bağlı geniş müzakirələr aparılır. İştirakçılar, həmçinin enerji, nəqliyyat dəhlizləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri, dünya miqyasında, həmçinin beynəlxalq təşkilatlardakı yeri məsələlərinə xüsusi maraq göstərirlər. Budəfəki forum yeni dünya nizamı, hazırda dünyada baş verən transformasiyalar mövzusuna həsr olundu. Forumda Prezident İlham Əliyev əhəmiyyətli mövzulara toxundu və mühüm mesajlar verdi.

"Dövlətimizin başçısı çıxışında postmüharibə dövrünün reallıqları və bəzi qeyri-regional ölkələrin sülhə maneə yaradan addımlarından danışdı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, 2020-ci ildən demək olar, beş ilə yaxın vaxt keçsə də, Azərbaycan hələ də tamamilə əsassız spekulyasiya və ittihamlarla üzləşir. Azərbaycan Prezidentinin sözlərinə görə, belə bir təbliğatın aparılmasında daha çox Fransa "fərqlənir". Bundan başqa, Avropa İttifaqındakı ermənipərəst qüvvələr də bu spekulyasiyaları davam etdirirlər. Prezident Azərbaycanın belə bir niyyəti olmadığını bir daha vurğulayaraq bildirdi ki, Bakı regionda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan İrəvanın hərəkətlərini yaxından izləyir və müharibədən sonrakı vəziyyətin inkişafı əsasən Ermənistandan asılıdır.

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri də COP-29 zamanı Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasında əldə etdiyi nailiyyətlə bağlı oldu. O bildirdi ki, COP zamanı karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət məhz Azərbaycanda əldə olundu və bu, ölkəmizə olan etimad sayəsində baş verdi. Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu, eyni zamanda bizim səylərimizə Afrika dövlətlərindən də müsbət reaksiya verildi. Təsadüfi deyil ki, Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib", - deyə Rəşad Mahmudov vurğulayıb.

Prezident İlham Əliyevin çıxışında ABŞ ilə münasibətlərə də toxunduğunu deyən deputat bildirib: "Hazırda ABŞ ilə çox güclü münasibətlərin Cənubi Qafqaz regionu üçün vacib olduğunu vurğulayan dövlətimizin başçısı əlavə etdi ki, Ağ Evin indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan Azərbaycan lideri qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilər.

Əlbəttə, dövlətimizin başçısı Türkiyə ilə strateji münasibətlərimizdən və Yaxın Şərq regionu kontekstində Suriya ilə əlaqələr barədə də danışdı. Hazırda Suriyada sabit və dayanıqlı idarəçilik yönündə işlər aparılır və bu proses regional geosiyasi rəqabəti də gücləndirir. Regional gərginliyin müharibə hədələri ilə müşayiət olunması Yaxın Şərq üçün uzunmüddətli problemlərin qalacağını vəd edir. Bunların fonunda Türkiyə və İsrail arasında da münasibətlərin sonrakı inkişafı Azərbaycanı da maraqlandırır. Çünki hər iki ölkə ilə güclü strateji əlaqələrimiz var. Qardaş Türkiyə hərbi-strateji müttəfiqimizdir, İsrail ilə də güclü tərəfdaşlıq əlaqələri qurulmuşdur. Bu baxımdan, hər iki ölkənin münasibətlərinin yaxşılaşması Bakının da maraqlarına uyğundur. Prezident İlham Əliyev çıxışında Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında birbaşa iştirak etdiyini açıqlayaraq diqqətə çatdırdı ki, Azərbaycan Ankara-Təl-Əviv arasında cari vəziyyətin razılaşma həddinə çatması üçün formullar arayır.

Bir sözlə, geosiyasi mövqeyinə, enerji resurslarına və fəal xarici siyasətinə görə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayan Azərbaycan əsas oyunçuya çevrilir. Bakının fəal siyasəti Azərbaycanın dünya nizamının gələcəyinə təsir göstərə bilən qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısının forumda səsləndirdiyi fikirlər, beynəlxalq gündəliyin bir sıra məsələlərlə bağlı fikirlərinə göstərilən böyük maraq Azərbaycanın və onun liderinin dünya miqyasında nüfuza malik olduğunu təsdiqləyir. Bu, həm də ölkəmizin regional siyasi və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən strateji aktor kimi rolunu daha da gücləndirir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!