27 Fevral 2025 08:20
1748
SİYASƏT
A- A+
Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığının yeni səhifələri açılır

Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığının yeni səhifələri açılır


Prezident İlham ƏLİYEV: "Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır"


Prezident İlham Əliyevin keçən il iyulun 11-12-də  Pakistan İslam Respublikasına  dövlət səfəri, dost və qardaş ölkədə necə hərarətlə qarşılandığı yaddaşlarda xoş təəssüratlarla qalıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana  budəfəki  dövlət səfəri  son üç ildə ölkəmizə  üçüncü səfəridir. Ali səviyyədə görüşlərin bu dinamikası Azərbaycan-Pakistan  əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və güclənməsinə böyük təkan verir.

Fevralın 24-də  dövlətimizin  başçısının və Pakistanın Baş nazirinin istər geniş tərkibdə görüşdə, istərsə də mətbuata bəyanatlarında iqtisadi əməkdaşlıq məsələləri əsas mövzulardan biri olub. Həmçinin Azərbaycan-Pakistan biznes-forumunun keçirilməsi bu əlaqələrin xüsusi önəm daşıdığından xəbər verir. Prezidentimizin geniş tərkibdə görüş zamanı dediyi sözlər də iqtisadi əməkdaşlığın vüsət aldığını göstərir: "Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Biz təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk".

Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin iştirakı ilə imzalanmış sənədlərin mübadiləsi də göstərir ki, iki ölkə arasında iqtisadi əlaqələrin yeni səhifələri açılır. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yol açan həmin sənədlər sırasında enerji sahəsinə aid olanlar da diqqət çəkir. Belə ki, həmin gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Frontier Works Organisation" (FWO) və "Pakistan State Oil Company Limited" şirkəti arasında Anlaşma Memorandumu mübadilə edilib. SOCAR-la mübadilə edilən daha bir sənəd "Pakistan Refinery Limited" (PRL) və "Pakistan State Oil Company Limited" şirkəti ilə Anlaşma Memorandumudur.

"SOCAR Trading SA" ilə də sənədlər mübadilə edilib. Bunlar "Pakistan LNG Limited" arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə, "Pakistan State Oil Company Limited" şirkəti ilə  Anlaşma Memorandumu və "Pakistan State Oil Company Limited"lə neft məhsullarının uzunmüddətli alqı-satqı sazişidir.

Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələr alınıb  və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. İndi də birlikdə  çox mühüm, eyni zamanda çox realist hədəflər müəyyən olunub.  Hədəflənən layihələr  infrastrukturun inkişafını, energetikanı, mədən işini  və  digər sahələri əhatə edir: "Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik".

Ticarət dövriyyəsinin artırılması  məsələsinə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  də toxunaraq deyib: "Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan "Basmati" düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.

Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF-17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır... Biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik".

Qeyd edək ki, Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis olunub. Bu da ikitərəfli ticarətin inkişaf etməsinə imkan verəcək amillərdəndir. 

Müzakirə edilən digər mühüm sahə bağlantı və daşımalarla bağlı olub. Məlumdur ki, Azərbaycan "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edir. Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.

Bir sözlə, iqtisadi əlaqələrimiz getdikcə daha çox sahələri əhatə edərək genişlənməkdədir. Əməkdaşlıq enerji və infrastruktur layihələrini, informasiya texnologiyalarını, əczaçılıq, tekstil və  digər sahələri əhatə edir və həm bu, həm də digər sahələrdə əlaqələrin daha da güclənməsi üçün böyük potensial var. Ekologiya sahəsində də həmrəyik. Təsadüfi deyil ki, ölkəmizin yaşıllıq ekspertlərindən ibarət heyəti İslamabadın abadlaşdırılmasında çalışır və şəhərin yaşıllaşdırılmasında, eləcə   landşaftla bağlı təqdirəlayiq  işlər görür. 

İqtisadi əməkdaşlığın genişləndirilməsinin, idxal-ixracın artmasının  hər iki ölkəyə dividendlər gətirəcəyinə şübhə yoxdur. Lakin məsələnin mahiyyəti təkcə bundan ibarət deyil. Əlaqələr genişləndikcə xalqlarımız bir-birinə daha da yaxınlaşır, müxtəlf səviyyələrdə qarşılıqlı şəfərlər çoxalır, görüşlər intensivləşir. Dostluğumuz getdikcə möhkəmlənir və bu dostluğun daha yüksək zirvəyə çatacağına  da  inam böyükdür. 


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!