20 Aprel 2026 13:51
212
SİYASƏT
A- A+
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək


Aprelin 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Ölkəmizin növbəti bir il ərzində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, “Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.

Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.

Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.

Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.

Daha sonra Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.

Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirdiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.

Rəqəmsal texnologiyaların, onlayn dövlət xidmətlərinin və süni intellekt tətbiqlərinin idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.

Çıxışda bərpaolunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.

Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.

Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub-Cənub əməkdaşlığının, çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.

Sessiya çərçivəsində ümumi müzakirələr zamanı, həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslərdə fəal iştirakının bariz təzahürüdür. UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi və sosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artım və sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Tailand münasibətləri: Əməkdaşlıq genişlənir

16:47
20 Aprel

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb, anti-Azərbaycan sənədlərinə etiraz bildirilib  

15:54
20 Aprel

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!