15 Sentyabr 2024 04:19
42
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Meksika əməkdaşlığı genişlənir

Azərbaycan-Meksika əməkdaşlığı genişlənir


Adətən, Meksika haqqında söhbət düşəndə ilk növbədə gözlərimiz önündə qədim sivilizasiyaların beşiyi, zəngin maddi və mədəni mədəniyyətə malik insanların yaşadığı diyar, 11 min kilometr məsafədə uzanıb gedən füsunkar sahilboyu mənzərələr, heyrətamiz çimərliklər, özünəməxsus dada malik mətbəx təamları, xüsusilə də cəzbedici futbol oyunları canlanır.

Bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan Meksika dünyanın ən böyük neft, gümüş, mis, qızıl, qurğuşun, sink, təbii qaz və taxta istehsalçılarından biridir. Ölkə ərazisi  mis və polimetal filizləri, civə, gümüş, qurğuşun, sink, qızıl, manqan və uran kimi minerallarla zəngindir. Neft və təbii qaz yataqları cənub ştatlarında və Meksika körfəzinin şelfində yerləşir. Bu gün Meksika böyük, çoxşaxəli və güclü iqtisadiyyata malikdir. Neft sektoru, ABŞ-dən pul köçürmələri, ixracat, kənd təsərrüfatı, dağ-mədən sənayesi, turizm və sənaye fəaliyyəti milli iqtisadiyyatın artmasında mühüm rol oynayır. Metallurgiya zavodları, maşınqayırma, kimya, neft-kimya, pambıq və qida sənayesi Meksikanın istehsal sənayesinin əsasını təşkil edir.

Ölkədə geniş ərazilər buğda, şəkər qamışı, soya, düyü, qəhvə və tropik meyvələrin (sitrus meyvələri, manqo, ananas, papaya) becərilməsi üçün ayrılmışdır. Meksikada ətlik maldarlıq təsərrüfatları, həmçinin qoyunçuluq və atçılıq inkişaf etmişdir. Meksika dünyanın ən mühüm ət istehsalçılarından biridir, xüsusən də şimal bölgələrində istehsal olunan mal əti mühüm əhəmiyyət kəsb edir. Ölkədə tədarük edilən ət məhsulları həm daxili istehlak, həm də ixracat üçün nəzərdə tutulur.

Meksikanın əsas ixracat məhsulları sənaye mallarından (ümumi tədarükün 89 faizi), neft və neft məhsullarından (7 faiz) ibarətdir. Sənaye məhsulları arasında əlvan və qara metallar, maşın və avadanlıqlar ən yüksək kateqoriyadır (59 faiz), avtomobillər isə ümumi satışın təxminən 29 faizini təşkil edir. Digər əhəmiyyətli ixracat məhsullarından tekila və meskal (avropalılar üçün ekzotik içkilər), şəkər, bal, qoz-fındıq, buğda və qarğıdalını göstərmək olar. Demək olar ki, bu ölkədə hər şey var və bu sağlam alternativlərə də bütün dünyada böyük tələbat mövcuddur.

Meksika özünün əsas ticarət tərəfdaşı olan ABŞ ilə ticarət əlaqələrindən çox asılıdır və bu, ölkə ixracatının 78 faizindən çoxunu təşkil edir. Meksika neftinin təxminən beşdədörd hissəsi ABŞ-yə ixrac olunur. Meksikanın bu ölkəyə ixracı 2023-cü ildə Çini geridə qoyaraq rekord həddə - 475 milyard dollara yüksəlmişdir. Meksika məhsullarının alıcıları sırasına həmçinin Kanada, Çin, Almaniya, Braziliya və Yaponiya daxildir. Meksika məhsul ixracının həcminə görə dünyada 12-ci yeri tutur.

Meksikanın idxal etdiyi əsas məhsullar sırasında isə maşın və nəqliyyat avadanlıqlarını, kimyəvi maddələri və istehlak mallarını qeyd etmək olar. 2023-cü ildə bu ölkəyə idxalın həcmi 599 milyard dollar, dünya bazarına ixracın həcmi isə 593 milyard dollar təşkil edib. Keçən il Meksikanın beynəlxalq valyuta ehtiyatları 210.385 milyard dollar, qızıl ehtiyatları isə 120 ton olmuşdur. 

Eyni zamanda insanların gözəl və rahat istirahət sahələrinə görə Meksika dünyanın ən yaxşı ikinci ölkəsi hesab olunur.   

Meksika xarici siyasət sahəsində həm region ölkələri, həm də məsafədən asılı olmayaraq digər dövlətlər ilə qarşılıqlı faydalı əlaqələrə ciddi fikir verir. Hazırda Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olan Meksika artıq dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmiş və elə bu platformada da Azərbaycanla münasibətlərini davam etdirir. Meksika BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müntəzəm surətdə Cənubi Qafqazda sülh prosesinə siyasi dəstəyini davam etdirir.  

Meksika özünün xarici siyasətində Cənubi Qafqazın aparıcı və qüdrətli dövləti olan Azərbaycanla münasibətlərə xususi əhəmiyyət verir. Bu iki xalqın taleyində və tarixində oxşar cəhətlər də var. 

Azərbaycan-Meksika münasibətləri son illərdə dinamik şəkildə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası münasibətlərin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Meksika ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləmişdir. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi və Meksika Konqresinin Xocalı soyqırımını tanımasını Azərbaycan tərəfi razılıqla qarşılamışdır. Mexiko şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılması da bu ölkə xalqının və dövlətinin humanist ideallara sadiq qaldığını, bəşər sivilizasiyasının qanlı faciələrinə biganə qalmadığını göstərir. 

İki ölkə arasında həyatın müxtəlif sahələrində əlaqələr son bir il ərzində yüksələn xətlə inkişaf edir. Siyasi sahədə keçən il Mexiko şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Meksika Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilməsi mühüm hadisə oldu. Belə ki, öz növbəsində Meksika tərəfi Azərbaycanı dost ölkə və mühüm tərəfdaş kimi qəbul edir. 

Həmçinin səmərəli parlament diplomatiyası da ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verir. Artıq hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu ilin fevralında Meksika-Azərbaycan Dostluq Qrupunun üzvləri Bakıda oldular və işgüzar görüşlər keçirdilər. Onlar Şuşaya səfər edərək oradakı bərpa-quruculuq işləri ilə tanış oldular. 

Eyni zamanda ötən ilin noyabrında Azərbaycan Parlamentinin bir qrup nümayəndə heyəti Mexikoda işgüzar səfərdə oldu. Azərbaycan Milli Məclisinin deputatları Meksikaya işgüzar səfərləri çərçivəsində həmin ölkənin Hidalqo ştatının konqresini ziyarət etmiş, konqresin inzibati binası və "Qanunvericilik Muzeyi" ilə tanış olmuş, o cümlədən yerli qanunverici orqanın üzvləri ilə görüş keçirmişlər. Həmçinin iki ölkə parlament üzvləri arasında onlayn görüşlərin keçirilməsi də adi hal almışdır. 

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Azərbaycanın idxal etdiyi Meksika məhsullarına nümunə olaraq şəkəri, neft-qaz sənayesində istifadə olunan nasos-kompressor borularını və alətləri, nəqliyyat vasitələrini, tekila, pivə və digər kənd təsərrüfatı məhsullarını göstərmək olar. Təsadüfi deyil ki, Azərbaycan neft sənayesində istifadə etdiyi qazma baltası və boruların 18 faizini Meksikadan idxal edir. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin 60 milyon dollardan çox olması heç də tərəfləri qane etmir. Çünki tərəflər daha böyük ticarət potensialına və imkanlarına malikdirlər. Hazırda bu sahədə müzakirələr gedir. 

 Elm, təhsil, mədəniyyət sahəsində qarşılıqlı əlaqələr də inkişaf edir. Artıq yeddi ildir ki, Azərbaycan və Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında saziş icra olunur. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Viktoriya Romero bildirib ki, təhsil sahəsində əməkdaşlıq da əsas prioritetlərdən biridir. Əməkdaşlıq üçün enerji, investisiyalar, elm, təhsil sahələrində geniş potensial var. Təsadüfi deyil ki,  2023-cü il oktyabrın 13-də Azərbaycanın elm və təhsil nazirliyində Meksikanın ölkəmizdəki səfiri ilə görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında "Qardaşlaşmış məktəblər" layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında tələbə və müəllim mübadiləsinin aparılması məsələləri müzakirə edilib. Xatırladaq ki, artıq neçə ildir ki, Azərbaycan Dillər Universitetində ispan dili tədris olunur.

Son bir il ərzində Meksikalı diplomatların Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərləri, orada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları, hətta Meksikanın müstəqillik gününün Şuşada bayram edilməsi sevindirici haldır. 

Hər iki ölkənin media orqanları qarşılıqlı münasibətləri işıqlandıran materiallar dərc edirlər. Meksika mətbuatında Azərbaycan barədə məqalələr dərc olunur. Ölkəmizin  qəzetlərində də Meksika haqqında geniş məqalələr çap olunur. Bu da hər iki xalqın həyat tərzi və inkişaf uğurları haqqında geniş oxucu kütləsinin məlumatlandırılması üçün mühüm əhəmiyyətə malikdir. 

Həyat göstərir ki, müxtəlif qitələrdə yaşamalarına baxmayaraq, Azərbaycan və Meksika xalqlarını böyük amallar, yüksək dəyərlər uğrunda mübarizə daha da yaxınlaşdırır. Bu, azadlığa, müstəqilliyə olan istək başqa dövlətlərin daxili işlərinə qarışmamaq, tərəqqi və inkişaf naminə fəaliyyət göstərməkdir. 


Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

08:05
17 Sentyabr

Azərbaycan nümunəsi

08:00
17 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226

01:35
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

01:34
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228

01:31
17 Sentyabr

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib  

23:33
16 Sentyabr

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

23:29
16 Sentyabr

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

23:28
16 Sentyabr

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib  

23:27
16 Sentyabr

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb  

23:27
16 Sentyabr

Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq  

23:26
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!