21 Noyabr 2024 08:20
171
SİYASƏT
A- A+
"Azərbaycan COP tarixində yüksək təşkilatçılığı ilə nümunə ortaya qoydu"

"Azərbaycan COP tarixində yüksək təşkilatçılığı ilə nümunə ortaya qoydu"


Noyabrın 11-dən etibarən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edən Azərbaycan dünyanı birləşdirən ölkə kimi beynəlxalq ictimaiyyətin gündəminə düşdü. 196 ölkədən gəlmiş 70 mindən çox iştirakçı, o cümlədən 80-dən artıq prezident, vitse-prezident və baş nazir dünyanın ekoloji fəlakətdən xilası üçün Bakıya toplaşdılar. COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması üçün real həll yollarının təklif edildiyi platforma kimi diqqət çəkdi. Yüksək səviyyədə təşkil edilən konfransda iqlim maliyyələşməsi və digər mühüm məsələlərlə bağlı konkret nəticələr əldə edildi. Öz "yaşıl gündəliy"i olan Azərbaycanın çağırışlarının dünya tərəfindən dəstəklənməsi isə COP29-un doğru ünvanda keçirilməsinin təsdiqi oldu. 

Eyni zamanda ölkəmizə gələn əcnəbi qonaqların hər birinin Azərbaycanın COP29-a yüksək səviyyədə təşkilatçılıq etdiyini məmnunluqla vurğulaması ölkəmizin bu qlobal tədbirə layiqli evsahibliyindən xəbər verdi. 


Tsantaniaina Helsa Rabekoto:

-  Madaqaskardan qlobal iqlim tədbirində iştirak etmək üçün gəlmişəm. İlk öncə deyim ki, Azərbaycan COP29-da yüksək təşkilatçılıq nümunəsi ortaya qoydu. İstər tranzit imkanlarının əlçatanlığı, istər könüllülərin qonaqlara hərtərəfli kömək göstərmələri, istərsə də tərcümə ilə bağlı dəstəkləri olsun, hər şey mükəmməl səviyyədədir. Tədbirə dünya səviyyəsində böyük diqqətin olması və ölkələrin fəal iştirakı, hərtərəfli müzakirələrin aparılması  məndə Bakıda keçirilən COP tədbirindən sonra iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması ilə mübarizədə böyük uğurlar əldə  olunacağına ümidlər yaratdı. Xüsusilə də iqlim maliyyələşməsi sahəsində. 

Artıq neçə gündür Bakıdayam, amma özümü burada yad hiss etmirəm. Şəhər yaraşıqlı görkəmi ilə adamı özünə cəlb edir. Tarixilik və müasirlik bir vəhdət təşkil edir. İnsanlarınız da  çox gözəl, mehriban, gülərüzdürlər. Azərbaycana ilk dəfədir gəlirəm, amma əminəm ki, bu, son olmayacaq. Çünki ölkənizlə bağlı düşüncələrim yalnız müsbətdir. Gələcəkdə ailəmlə mütləq ölkənizə səyahətə gəlməyi düşünürəm. 


Rauşan Jeteyeva:

- Qazaxıstan Ftiziopulmanoloqlar Assosiasiyasının üzvü olaraq COP29-a dəvət edilmişəm. Assosiasiyamızın digər üzvləri ilə bərabər iqlim dəyişikliklərinin sağlamlığa təsiri mövzusunda keçirilən tədbirdə iştirak etdik. Burada digər ölkələrdən də çoxlu nümayəndə var.  

Azərbaycana, Bakıya ilk dəfədir gəlirəm. Bakıya aşiq oldum. Qadınlarınız çox gözəldir. Mədəniyyətiniz olduqca rəngarəng, maraqlıdır. "Yaşıl zona"da Azərbaycan pavilyonunda sərgilənən əl işlərini, xalçaları çox bəyəndim. Onu da deyim ki, mədəniyyətlərimiz, insanlarımız arasında oxşarlıqlar çoxdur. Siz də bizim kimi qonaqpərvər və mehribansınız. Bütün bunlar bizi daha da doğmalaşdırır. 

Fidelis Fater Loryue: 

- Nigeriyadan gəlmişəm. Nigeriya da ekoloji fəlakətlərdən əziyyət çəkən ölkələr arasındadır. Dünya getdikcə inkişaf edir, amma təəssüf ki, bu inkişafın pis tərəfi də var. Fabrik və zavodlardan çıxan tullantılar, habelə karbon emissiyalarının atmosferə buraxılması kimi hallar "yaşıl dünya"mızı sürətlə məhv edir. Bu bizim hamımızı, dünyanın bütün insanlarını narahat edir. Çünki planet hamımızındır. Ona görə də iqlim dəyişmələrinin yaratdığı fəsadlardan birdəfəlik yaxa qurtarmaq üçün effektiv həll yolları ortaya qoyulmalıdır. Hesab edirəm ki, Bakının evsahibliyi etdiyi COP29-da qəbul olunan qərarlar dünyamızın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edəcək. BMT-nin bu qlobal tədbirindən ən böyük gözləntim isə iqlim dəyişmələrindən daha çox zərərçəkən ölkələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. 

COP-a sədrlik edən Azərbaycanın bu xüsusda səylərini alqışlayıram.  


Gülsüm Sağlam: 

- İlk dəfədir ki, Azərbaycana gəlirəm və artıq on gündən çoxdur ki, buradayam.  Türkiyədən ölkənizə səyahət məqsədilə gəlmişdim, amma Bakıda təşkil olunan COP29 da mənim üçün xoş sürpriz oldu. Səyahətimin bu tədbirlə üst-üstə düşəcəyini bilmirdim. Bu fürsəti qaçırmaq istəmədim və COP29-un "yaşıl zonasına" bilet aldım. Burada maraqlı pavilyonlar quraşdırılıb. Milli ab-havada təşkil olunan Azərbaycan pavilyonu isə xüsusi diqqət çəkir. Müxtəlif ölkələrdən gəlmiş xeyli sayda insanın COP29-da bir ailə kimi birləşməsi, səmimi ortamın mövcudluğu insanda xoş əhvali-ruhiyyə yaradır. 

Ümumilikdə Azərbaycanla bağlı təəssüratlarım möhtəşəmdir. İnsanlarınız çox mehriban, istiqanlıdırlar. Bakının gözəlliyinə, səliqəsinə, sözün əsl mənasında, heyran oldum. Dənizkənarı Milli Park çox xoşuma gəldi, hər yer tərtəmizdir. Yerdə bir dənə də olsun tullantı görmədim. Azərbaycanda ən yaddaqalan gəzintim isə turla Qarabağa getməyim oldu. Şuşanı, Laçını, Xocalını, Xankəndini gördüm. Yolboyu işğal zamanı burada ermənilər tərəfindən törədilən dağıntılara rast gəldik. Eyni zamanda dövlətinizin bu ərazilərdə yenidən tikinti-quruculuq işləri aparmasına şahidlik etdik. Bütün bunları görmək həm üzücü, həm də sevincli idi. Çox fərqli duyğular yaşadım, ürəyim titrədi, gözlərim doldu. Biz iki dövlət, bir millətik. Azərbaycanın Qarabağ Zəfəri türk dünyasına qürur bəxş edib.


Pavel Melnikov: 

- Rusiyanın Kolomna şəhərindən gəlmişəm. "Yaşıl zona"da keçirilən müxtəlif tədbirlərə qatıldım, burada olan pavilyonları ziyarət etdim. Azərbaycanın təşkil etdiyi COP məkanı xoşuma gəldi. Genişdir və bu əraziyə gəlmək çox əlçatandır. Eyni zamanda tədbirin təşkilatçılıq məsələləri yüksək səviyyədə həll olunub. 

COP29 mühüm tədbirdir. İnanmaq istəyirəm ki, iqlim problemlərinin həlli məsələləri yalnız danışıqlarda qalmayacaq. Real işlər görüləcək. Bu, insanların özündən də çox asılıdır. Planetimizin xilası üçün hər kəs əlindən gələni etməlidir. Məsələn, sadə insanlar olaraq plastik tullantıları təbiətə atmayaraq dünyamıza böyük fayda vermiş olarıq. 


Radin Rahemzadeh: 

- Bakının evsahibliyi etdiyi COP29 tədbirinin əhəmiyyəti olduqca böyükdür. İqlim dəyişiklikləri və onların yaratdıqları fəsadlar ciddi məsələlərdir. Mən də bu iqlim tədbirində iştirak etmək üçün ABŞ-nin Kaliforniya ştatından gəlmişəm. COP29-da dünyanı narahat edən çox ciddi məsələlər müzakirə edilir. Əminəm ki, iqlim dəyişmələrinin yaratdığı problemlərin həlli istiqamətində Bakıda düzgün qərarlar qəbul ediləcək.

Bura gəlməzdən əvvəl ölkəniz haqqında xeyli məlumat toplamışam. Azərbaycanın neft-qaz sahəsindən əldə etdiyi gəlirləri "yaşıl enerji"nin inkişafına yönəltməsi olduqca təqdirəlayiq, həmçinin digər ölkələr üçün nümunədir. Artıq indidən  Azərbaycanın dünyada "yaşıl enerji" ixracatçısı kimi öz sözünü deyəcəyini söyləmək mümkündür. 

COP29-un təşkili barədə fikirlərim çox müsbətdir. Diqqətimi çəkən məqamlardan biri də "mavi" və "yaşıl" zonalarda ən kiçik detalına qədər hər şeyin təbiətin qorunmasına çağırış formasında təşkil olunmasıdır. Məsələn, Dənizkənarı Milli Park pavilyonunda nümayiş etdirilən bitki və güllərin, ağacın təbii olması və elə bulvarın özündən gətirilməsi məni heyran etdi. 

Bakının gözəlliyi isə bir ayrı aləmdir. Gündüzlər səliqə-sahmanı, təmizliyi, bir-birindən yaraşıqlı binaları ilə gözoxşayan Bakı, gecələr bərq vurur. Adam şəhərinizi seyr etməkdən doymur. İnsanlarınızın gülər üzünü, mətbəxinizin dadını isə ömür boyu unutmayacam. 


Chinyere Azuka Uzoma:

- COP29 kimi tədbirlər olduqca önəmlidir. Ekoloji problemlərin yaşandığı ölkələrdən birinin, Nigeriyanın vətəndaşı olaraq deyirəm ki, təbiətin sürətlə məhv  olması, yalnız hazırda bu problemlərlə üz-üzə olan ölkələr üçün deyil, bütövlükdə dünya üçün fəlakət deməkdir. Sel, daşqın, fırtına, zəlzələ kimi dağıdıcı təbiət hadisələrinin arealı getdikcə genişlənir. Düşünürəm ki, "yaşıl enerji"yə keçid əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. 

Belə tədbirlər həm də müxtəlif dil, din, irqə sahib insanların bir araya gələrək ortaq problemləri həll etmələri üçün vacib platforma rolunu oynayır. Bakı isə tədbiri yüksək səviyyədə təşkil etməklə bu işə mühüm töhfə verir.  

Ölkənizin insanları və mədəniyyəti yaxşı mənada məni heyran etdi. Bakıda tarixi yerlər çox olsa da, şəhər həm də müasir binaları ilə diqqət çəkir. Ağ şəhər isə paytaxtınızın ən möhtəşəm ünvanlarındandır. Qadınlarınızın gözəlliyini, onların zövqünü də çox bəyəndim. Burada hər kəsdən mehribanlıq, kömək gördüm. "Mavi" və "yaşıl" zonalarda könüllüləriniz səylə və gülərüzlə hər kəsə yardım edirlər. Onlar mənə də tərcümə ilə bağlı kömək göstərdilər. COP29-a evsahibliyi edən Bakıda özümə xeyli azərbaycanlı dost da qazandım. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!