24 Aprel 2025 08:45
534
İQTİSADİYYAT
A- A+
"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"


Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. ÇXR-in Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoydu. 

1992-ci ildə ÇXR-in Azərbaycanda, 1993-cü ildə isə Azərbaycanın Çin Xalq Respublikasında səfirlikləri fəaliyyətə başladı. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, bu illər ərzində iki ölkə arasında əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, son illər hətta geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. 

Azərbaycan-Çin münasibətlərinin inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. "Bir kəmər, bir yol" layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev iştirak etmişdir. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan "Bir kəmər, bir yol" strategiyasında Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır.

A.Əsədov deyir ki, həmin səfər çərçivəsində 10 mühüm sənəd imzalanıb: "Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsinə təkan verib. Nəticədə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsinin dəyəri 2018-ci ildəki 1,3 milyard dollardan  2,4 dəfə və ya 1,9 milyard dollar artaraq 2023-cü ildə 3,2 milyard dollara çatıb. Sürətli dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, 2023-cü ilin nəticələrinə görə 4-cü iri ticarət tərəfdaşıdır. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin dəyəri 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb".

Aqil Əsədov onu da vurğulayıb ki, Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq edirlər: "Son illər Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb. Onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün müraciət edib. "Huawei" şirkəti isə regionda "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin icrasında aktiv iştirakçıdır".

Ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar, Pekində Azərbaycan Ticarət Evinin açılışı və s. istiqamətlərdə inkişaf edir. Onu da qeyd edək ki, Çin Azərbaycanın ən çox ticarət evi açdığı ölkədir. Burada ölkəmizin 6 ticarət evi (o cümlədən əlavə filialları) fəaliyyət göstərir. 

A.Əsədovun sözlərinə görə, 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu hər iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlmiş böyük əhəmiyyətə malikdir. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir və 2023-cü ildə onun ÜDM-i 126,1 trilyon yuana (təxminən 17,7 trilyon dollara) çatıb. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal çağırışlara yüksək həssaslıqla yanaşan və inkişafını daxili resurslar hesabına qurmağı hədəfləyən ölkədir. Qlobal çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyi dinamik olaraq artır, xarici borcun azaldılması strategiyası uğurla reallaşdırılır".

İİTKM-in şöbə müdiri həmçinin bildirib ki, iqtisadi münasibətlərin aparıcı vasitələrindən biri də nəqliyyat əlaqələridir: "Çinin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi hesab olunan Trans-Xəzər Beynəlxalq Nəqliyyat dəhlizi (Orta dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2,5 dəfə artıb".

A.Əsədov əlavə edib ki, Azərbaycan Çin, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu ölkə ilə əksər sahələrdə sıx əlaqələrə malikdir".


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

“AzerGold” əməkdaşlarının rəqəmsal risklər barədə məlumatlılığının artırılmasına dəstək göstərib  

15:27
06 Mart

ƏÜO-da məzunlar "Komando andı"nı qəbul ediblər

15:15
06 Mart

İrandan təxliyə davam edir - Daha 24 Çin vətəndaşı Azərbaycana keçib

15:14
06 Mart

Nazir müavini: Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var  

15:13
06 Mart

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

15:12
06 Mart

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

15:11
06 Mart

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib 

15:10
06 Mart

Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

15:10
06 Mart

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

15:09
06 Mart

Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib 

15:09
06 Mart

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir 

15:08
06 Mart

Nazir: İstehsal olunan yaşıl enerjinin Avropaya çatdırılması mühüm əhəmiyyət kəsb edir

15:08
06 Mart

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib  

15:07
06 Mart

Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur 

15:06
06 Mart

Ceyhun Bayramov: Azərbaycanla Moldova arasında səmimi münasibətlər mövcuddur

15:06
06 Mart

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!