15 Aprel 2025 08:30
394
SİYASƏT
A- A+
Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi pozmağa çalışır

Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi pozmağa çalışır


Azərbaycan İkinci Qarabağ müharibəsində düşmən ölkə olan Ermənistan  üzərində qazandığı möhtəşəm Zəfər ilə regionda yeni reallıqlar yaradıb. Ən başlıcası isə 30 ilə yaxın davam edən erməni işğalına son qoyub, Ermənistan silahlı qüvvələrini diz çökdürüb.  Azərbaycan qalib ölkə kimi müharibədən sonra bölgədə sülhün təmin olunması istiqamətində davamlı təşəbbüslər göstərib. Regiona əmin-amanlıq gətirmək üçün müəyyən şərtlər əsasında Ermənistana sülh təklif edib, bu istiqamətdə inamlı addımlar atıb.

Amma təəssüflər olsun ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün, əmin-amanlığın olmasını istəmir. Buna görə də Azərbaycanla Ermənistan arasında  aparılan danışıqlarda hansısa bir razılaşma məsələsində irəliləyiş nəzərə çarpan kimi bu qüvvələr çirkin məqsədlərinə çatmaq üçün müxtəlif yollarla regiona sabitlik və əmin-amanlıq gətirəcək sülhə mane olmağa çalışırlar. Avropa İttifaqı Ermənistana "mülki missiya" adı altında kəşfiyyatçılarını göndərib. Yalnız "binokl siyasəti" həyata keçirən bu gərəksiz missiyasını dövriyyəyə buraxıb, təxribatlar törətməklə, reallıqdan uzaq yalan açıqlamalar verməklə sülh prosesinin reallaşmasına əngəllər yaratmağa çalışıb. Bu isə Qərbin konstruktivlikdən çox uzaq olduğunu göstərən başlıca amillərdən biridir.

Bütün bunlarla kifayətlənməyən Qərb ölkələri başda Fransa olmaqla Ermənistanı daim silahlandırır, müxtəlif adlar altında hərbi yardımlar edirlər. Rəsmi İrəvan da verilən bu silahları həvəslə alır, İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusunun darmadağın etdiyi silahlı qüvvələrini bərpa etməyə çalışır. Avropadan göndərilənlərlə  kifayətlənməyən İrəvan Hindistandan da silahlar alır. Ermənistan ikiüzlü siyasət yürüdərək bir tərəfdən sülh sazişi imzalamağa hazır olduğunu nümayiş etdirir, digər tərəfdən müharibəyə hazırlaşır. Rəsmi İrəvan bu addımı ilə sülhə yox, revanşizmə üstünlük verdiyini göstərir. 

Avropa İttifaqı yalnız indi deyil, əvvəlki dövrlərdə də müxtəlif yollarla ölkəmizdə vəziyyəti gərginləşdirməyə cəhdlər göstərib.  Qərb mediasında tez-tez yalanlarla dolu olan anti-Azərbaycan təbliğatı təşkil olunub. Artıq bu gün Azərbaycan maliyyə sisteminə tam nəzarət edir, ölkəmizə qarşı çirkin niyyət güdən xarici qüvvələrin əl-ayağı yığışdırılıb. Yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Bütün bunlarla barışmaq istəməyən Qərb təşkilatlarının "yaradıcı" fəaliyyəti və müxtəlif kuryerlər vasitəsilə Gürcüstandan Azərbaycana pul daşınmasını təşkil edir. Bütün bunlar ifşa olunduqdan sonra isə Qərb mediasında ölkəmiz əleyhinə yalanlar, uydurmalar yer alır. Qərbin məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda gizli məqsədlərinə çatmaqdır.   

Azərbaycan daim sülhün və sabitliyin tərəfdarıdır. Hansısa mübahisəyə və münaqişəyə səbəb ola biləcək məsələlərin danışıqlar yolu ilə həll olunmasına üstünlük verir. Azərbaycan müharibə başa çatandan sonra dərhal Ermənistanı sülhə, əmin-amanlığa dəvət edib. Amma Fransanın və başqa Qərb ölkələrinin diktəsilə oturub-duran rəsmi İrəvan sülh sazişi imzalamağa tələsmir. Havadarlarına arxalanaraq danışıqlar prosesini uzatmağa çalışır. Ümid edir ki, əgər gələcəkdə hər hansı bir müharibə olarsa, Fransa və başqa Qərb ölkələri onun yanında olacaq. Amma Ermənistan ciddi yanılır. 

Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıların suallarına cavab verərkən bu vacib mövzuya da toxunaraq demişdir ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara düzgün məsləhət vermirlər: "Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil".

Dövlətimizin başçısı Minsk qrupunun hələ də ləğv edilməməsindən və Avropa İttifaqının tutduğu mövqedən əl çəkmədiyindən bəhs edərək demişdir ki,  bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər haylar təxribatlarını davam etdirəcəklər. "Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir".

Ermənistan və onu himayə edən Avropa İttifaqı sülh sazişinin imzalanmasını yubadaraq vaxt qazanmağa, hansısa bir bəhanə ilə regionda yeni süni münaqişə ocağı yaratmağa çalışırlar. Görünən odur ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti sülhə zərbə vurmağa, Cənubi  Qafqazda sabitliyi pozmağa hesablanıb. Bu missiya Azərbaycan əleyhinə iş aparır, kəşfiyyat məlumatları toplayır. Ermənistan da bu şəraitdən istifadə edərək sülh danışıqları pərdəsi altında silahlı qüvvələrini gücləndirməyə çalışır. Bu prosesdə Avropa İttifaqının canfəşanlıq etməsi həm beynəlxalq, həm də yerli müşahidəçilərin diqqətindən yayınmır. Bütün bunlar isə Avropa İttifaqının iç üzünü açıb dünyaya göstərir, nüfuzunu aşağı salır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!