18 Aprel 2025 08:30
410
SİYASƏT
A- A+
AŞPA Azərbaycan xalqının haqlı nifrətini qazanıb

AŞPA Azərbaycan xalqının haqlı nifrətini qazanıb


Avropa Şurası Parlament Assambleyasının və Aİ-nin ölkəmizə qarşı qərəzli mövqeyini heç də təsadüfi hesab etmək olmaz. 

Özlərini dünyada "demokratiya"nın, insan hüquqlarının "qoruyucu mələy"i kimi təqdim etmək istəyən bu təşkilatlar əslində qlobal güc mərkəzlərinin geosiyasi maraqlarını təmin etməkdədir. Belə ki, AŞPA bəzi dövlətlərə qarşı istifadə edilən təsir aparatına çevrilib. 

30 il Ermənistanın işğalçılıq siyasətini görmək istəməyən AŞPA və Aİ öz işlərini soyuqqanlılıqla "siyasi məsələlərə qarışmırıq" kimi bəyanatlar verməklə bitmiş hesab edirdilər. Elə ki Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad etdi, elə ki Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyini tam təmin etdi, "siyasətə qarışmayan" bu təşkilatlar əllərinə dəsmal alıb az qala siyasi mərsiyələr oxuyub ölmüş artsaxa göz yaşı tökdülər. Erməni lobbisinin maliyyələşdirdiyi bəzi avropa dövlətlərini təmsil edən deputatlar dərhal köhnə bayatılarını yenidən səsləndirməyə başladılar. Öz korporativ maraqları naminə bəşəri dəyər olan insan haqları mövzusundan yapışaraq ölkəmizə qarşı çirkin kampaniyaya start verdilər. Hazır ssenari əsasında görünməyən bir dirijor çubuğu ilə ittihamlar işə düşdü. Guya Azərbaycan Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparıb. Halbuki hər hansı zorakılıqdan söhbət belə gedə bilməzdi. Lokal xarakterli antiterror tədbirlərindən sonra ermənilər Xankəndidən könüllü qaydada köç etdilər. Onların köçdükləri zaman lentə alınan videogörüntüləri bütün dünya seyr edə bilirdi. Ermənistandan, Qarabağdan məcburi zorakılıqla köçürülən, döyülən, şikəst edilən, hər cür müsibətlərə tuş gələn azərbaycanlı qaçqın və məcburi köçkünlərdən fərqli olaraq dövlətimiz onları qayğı ilə yola saldı. Köç zamanı heç bir erməni onlara zor tətbiq edildiyini demədi. 

Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizi tam təmin etməsini qısqanclıqla qarşılayan  AŞPA Azərbaycana qarşı sanksiya xarakterli qətnamə qəbul etdi. 

2024-cü il yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verdi. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış etdi. Azərbaycanın heç vaxt adıçəkilən qurumla əlaqələrini kəsmək kimi bir niyyəti olmayıb. Əksinə, bu qurumla əməkdaşlıqda maraqlı olub. Hətta   Avropa konvensiyalarının əksəriyyətinə qoşulub. Bununla belə, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bildirən bəyanatla çıxış etdi.  Bundan başqa, rəsmi Bakı AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəmizə girişinin qadağan edilməsi haqqında qərar çıxardı...

Müstəqil siyasət yürüdən, milli və dövlət maraqlarını hər şeydən üstün tutan  Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumda çıxış edərkən bildirmişdir: "Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq". Dövlətimizin  başçısı onu da qeyd etdi ki, əgər nümayəndə heyəti assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqqında çıxardığı qərarlar da etibarsız sayılacaq. Dövlətimizin başçısı fikirini belə izah etmişdir: "Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik".

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının milliyətcə yunan olan prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə  heç bir əsası olmayan iddialar səsləndirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə münasibət bildirərkən qeyd edib ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Diplomat daha sonra qeyd edərək demişdir: "Ölkəmizin rəhbərini təhqir etmək, "diktator" adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də mövcuddur".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!