18 İyun 2025 13:46
1110
İDMAN
A- A+
AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə, icraçı direktorun müavini Rüfət Efendiyev və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Norveçin Bergen şəhərində keçirilən “Milli sistemləri gücləndirmək üçün Avropa NADO-larını bir araya gətirmək” adlı yüksəksəviyyəli konfransda fəal iştirak ediblər.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, Avropa Şurası və Norveç Antidopinq Agentliyi tərəfindən birgə təşkil olunan tədbirə Ümumdünya Antidopinq Agentliyinin (WADA) yüksəkvəzifəli şəxsləri, 40-dan artıq milli antidopinq təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət rəsmiləri qatılıblar.

Konfransda əsas çıxışçılar sırasında Avropa Şurası Baş katibinin müavini Byörn Berqe, WADA-nın prezidenti Vitold Banka, Avropa Şurasının Antidopinq bölməsinin rəhbəri Ceymi Braun, Norveç Antidopinq Agentliyinin İdarə Heyətinin sədri Rune Andersen və Norveçin Mədəniyyət və Bərabərlik Nazirliyinin dövlət katibi Erlend Hanstveit yer alıblar. Bu rəsmilərin iştirakı tədbirin siyasi və institusional əhəmiyyətini bir daha önə çıxarıb. Konfransda qitədə antidopinq sahəsinin qarşılaşdığı əsas çağırışlar və strateji prioritetlər müzakirə olunub.

Tədbir çərçivəsində müzakirələrə istiqamət verən üç əsas mövzu müəyyən olunub. İlk mövzu Avropa və beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq imkanları və çağırışlarını əhatə edib. Burada milli antidopinq təşkilatlarının beynəlxalq federasiyalarla əlaqələri, Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq və beynəlxalq idman tədbirlərində dopinq nəzarətinə töhfələri ön plana çıxarılıb.

İkinci mövzu dövlətlərlə əlaqələrin düzgün qurulması məsələsinə həsr olunub. Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən “Milli antidopinq təşkilatlarının fəaliyyət müstəqilliyi və dövlət qarşısında hesabatlılığın balanslaşdırılması” adlı sessiyada iştirakçılar antidopinq qurumlarının fəaliyyət müstəqilliyinin qorunması, eyni zamanda dövlət tərəfindən maliyyələşdirilən qurum kimi şəffaflıq və hesabatlılığın təmin olunması təcrübələrini bölüşüblər. Sessiyada, həmçinin şəffaflıqla bağlı qəbul olunmuş standartlar, institusional fəaliyyət müstəqilliyi üçün təminatlar və Avropa antidopinq təşkilatlarının birgə məsuliyyəti ilə etimada əsaslanan idarəetmə çərçivələrinin təbliği məsələləri müzakirə olunub.

Eyni mövzu üzrə keçirilən digər paralel sessiyalarda isə antidopinq təşkilatlarının fəaliyyəti üçün hüquqi və maliyyə çərçivələrinin formalaşdırılması, habelə milli hüquq-mühafizə orqanları, gömrük və digər dövlət qurumları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Konfransın sonuncu mövzusu WADA ilə əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli panel müzakirəsi olub. Burada milli səviyyədə aparılan antidopinq fəaliyyətlərinin qlobal standartlarla uyğunlaşdırılması, qarşılıqlı öhdəliklərin aydınlaşdırılması və dialoqun gücləndirilməsi mövzuları müzakirə olunub. Tədbir sessiyalar üzrə yekun nəticələrin və tövsiyələrin təqdimatı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!