04 Oktyabr 2023 16:04
480
İDMAN
A- A+

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

 

Oktyabrın 3-də Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, mötəbər tədbirdə ölkəmizi AMADA-nın direktoru Şəfəq Hüseynli təmsil edib.

Tədbiri Avropa Şurasının Baş katibinin müavini Byörn Berge açaraq, qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solheim və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər. Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. Ş. Hüseynli həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.

Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.

Qeyd edək ki, Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.

 

Elçin CƏFƏROV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video