09 Iyul 2024 08:40
833
Təhsil
A- A+

Ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim keçirilib

 

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən Bakı Dövlət Universitetində "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)" qaydaları ilə bağlı təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin rəhbər heyətinin və məsul şəxslərinin yeni qəbul olunmuş qaydalarla tanış edilməsidir.
Təlimdə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, təlimin məqsədi və Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına aid ümumi müddəaları barədə iştirakçılara məlumat verib.
Şöbə müdiri, həmçinin elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı ilə Elm və Təhsil Nazirliyinə həvalə oldunduğunu xatırladıb.
Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)" qaydaları ilə bağlı müvafiq təlimatları təlim iştirakçılarına çatdırıb.
Yekunda Elm və ali təhsil siyasəti şöbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Elm və Ali Təhsil Agentliyinin əməkdaşları ali təhsil müəssisələrinin rəhbər heyətinin və məsul şəxslərinin qaydalarla bağlı suallarını cavablandırıb, təklif və tövsiyələrini dinləyiblər.
Qeyd olunub ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video