19 Aprel 2024 14:08
182
DÜNYA
A- A+

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

 

Avropa İttifaqı Rusiyaya qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə yönələn yeni sanksiyalar paketi hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə deyib.

“Hazırda Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik. Yeni paket məhdudiyyətlərdən yan keçənlərlə mübarizəyə yönələcək və onlara qarşı sanksiyalar tətbiq olunacaq”, - deyə Aİ nümayəndəsi bildirib.

Avropa Komissiyası Rusiyaya qarşı fevralın 23-də təsdiqlənən 13-cü paketin ardından 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb. Əvvəlki paketdəki məhdudlaşdırıcı tədbirlər Rusiya Federasiyasından və bir sıra digər ölkələrdən, o cümlədən Hindistan, Qazaxıstan, Çin, Serbiya, Tailand, Türkiyə və Şri-Lankadan olan 106 fiziki və 88 hüquqi şəxsə şamil edilmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video