11 Avqust 2026 08:10
571
SİYASƏT
A- A+
ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb


Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikasının Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb. 

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bəyanatda bildirilib: 

Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə evsahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.

Birgə Bəyannamə ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib. Cəsarətli liderlərin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün təməl işlər görüblər.

Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.

Multimodal tranzit marşrutu olacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP), infrastrukturun inkişafına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilməkdədir. Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir.

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz və Mərkəzi Asiyada Trans-Xəzər Ticarət Marşrutuna (Orta dəhliz) özəl sektor inves-tisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Trans-Xəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Amerika Birləşmiş Ştatları həm Ermənistan, həm də Azərbaycanla yeni ikitərəfli strateji tərəfdaşlıqları müəyyən edən xartiyalar, habelə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar və mühüm mineral ehtiyatlar üzrə anlaşma memorandumları imzalamaqla, əlaqələrini daha da dərinləşdirib. Bunlar hər üç ölkənin uzunmüddətli rifahına yönəlmiş sərmayələr olmaqla, artıq konkret nəticələr verib.

Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.

İki ölkənin telekommunikasiya operatorları regional bağlantı marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda etibarlılıq və dayanıqlılığın artırılması və Avrasiya telekommunikasiya şəbəkələrində infrastrukturun inkişafına dəstək verəcək internet sazişi imzalayıb.

Həll olunmamış münaqişə dövrünün başa çatdığının təsdiqi olaraq, ATƏT-in Minsk qrupu və əlaqəli strukturlar Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ləğv edilib.

Amerika Birləşmiş Ştatlarının dəvəti ilə Ermənistan və Azərbaycan Sülh Şurasına qoşulub, bununla da daha dinc və firavan dünyanın yaradılması istiqamətindəki səylərdə ABŞ ilə çiyin-çiyinə olduqlarını nümayiş etdiriblər.

Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini bir daha təsdiq edirlər. Hər üç dövlət 8 Avqust Birgə Bəyannaməsinin mətninə və ruhuna uyğun olaraq, onun tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə iqtisadi potensialının üzə çıxarılmasına sadiq qalır. Bundan əlavə, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə həyata keçirilməsinə və hər iki ölkə ilə ikitərəfli münasibətlərinin gücləndirilməsinə sadiqdir.

Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, Prezident Trampın ifadə etdiyi kimi - verilən vədlər yerinə yetirilir. Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunə təşkil edir və bu baxımdan biz regionun parlaq və firavan gələcəyini səbirsizliklə gözləyirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!