04 Fevral 2024 01:40
8579
Qanunlar
A- A+

"Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 17; 2001, № 6, maddə 360, № 11, maddələr 676, 683, № 12, maddə 736; 2003, № 1, maddə 5; 2004, № 2, maddə 57, № 4, maddə 202; 2006, № 12, maddə 1005; 2008, № 2, maddə 49, № 5, maddə 348, № 6, maddə 462; 2010, № 11, maddə 939; 2015, № 4, maddə 369; 2016, № 4, maddə 637; 2019, № 1, maddə 25; 2021, № 7, maddə 701; 2022, № 5, maddə 430) 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasından "və səfərbərlik" sözləri çıxarılsın.
Maddə 2. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157; 2017, № 5, maddə 722; 2018, № 6, maddə 1169; 2019, № 1, maddə 31, № 8, maddə 1384; 2023, № 2, maddə 210, № 4, maddə 455) 30-cu maddəsi ləğv edilsin.
Maddə 3. "Mülki müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 222; 2004, № 4, maddə 202; 2005, № 4, maddə 278, № 12, maddə 1083; 2018, № 7 (I kitab), maddə 1404; 2023, № 4, maddə 447) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 6-cı maddənin birinci hissəsinin 7-ci bəndində "maddi və maliyyə vəsaitləri ehtiyatı" sözləri "fövqəladə və maliyyə vəsaiti ehtiyatları" sözləri ilə əvəz edilsin;
3.2. 18-ci maddə üzrə:
3.2.1. adında "maddi və maliyyə vəsaitləri ehtiyatının" sözləri "fövqəladə və maliyyə vəsaiti ehtiyatlarının" sözləri ilə əvəz edilsin;
3.2.2. birinci hissədə "maddi və maliyyə vəsaitləri ehtiyatı" sözləri "fövqəladə və maliyyə vəsaiti ehtiyatları" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373; 2016, № 7, maddə 1241; 2017,  № 5, maddə 717; 2018, № 1, maddə 17; 2019, № 8, maddə 1383; 2021, № 10, maddə 1096; 2023, № 4, maddə 454) aşağıdakı dəyişikliklər edilsin: 
4.1. 5.0.4-cü maddədə "fondu" sözü "ehtiyatı" sözü ilə əvəz edilsin;
4.2. 6.2-ci, 11.1-ci maddələr və II fəsil ləğv edilsin;
4.3. 7.2-ci maddədən "və dövlət taxıl fondunun yaradılması" sözləri çıxarılsın.
Maddə 5. "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 602; 2011, № 2, maddə 71; 2013, № 1, maddə 22) 19.2.1-ci maddəsində "ehtiyatların" sözü "və səfərbərlik ehtiyatlarının" sözləri ilə əvəz edilsin.
Maddə 6. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222; 2022, № 5, maddə 430; 2023, № 1, maddə 21) 5.2.1-ci maddəsindən "və səfərbərlik" sözləri çıxarılsın.
Maddə 7. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683; 2023, № 2, maddə 451) aşağıdakı dəyişikliklər edilsin:
7.1.4.3.14-cü maddədən "və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz" sözləri çıxarılsın;
7.2. 5.2.18-ci maddə ləğv edilsin.
Maddə 8. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7 (I kitab), maddə 1391; 2019, № 4, maddə 599; 2023, №8 (I kitab), maddə 1115; Azərbaycan Respublikasının 2023-cü il 6 oktyabr tarixli 1002-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
8.1. II fəslin adından "dövlət" sözü çıxarılsın;
8.2. 10.2-ci maddənin birinci və ikinci cümlələrində "müvafiq dövlət" sözləri "qiymətli metalların və qiymətli daşların" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video