6 ayda Naftalana 18681 nəfər turist gəlib
Sağlamlıq turizmi son illər dünyada sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Məhz buna görə də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində Naftalan öz əvvəlki şöhrətini özünə qaytarmış, uzun sürən durğunluqdan sonra yenidən qapılarını istər yerli, istərsə də xarici turistlərin üzünə açmışdır.
Qeyd edək ki, 19 xəstəliyin dərmanı olan naftalan nefti indiyədək yüz minlərlə xəstəyə şəfa vermişdir. Bütün bunlar nəzərə alınaraq hər il Naftalanda yeni-yeni sağlamlıq ocaqları istifadəyə verilir. Bunun da nəticəsində yerli və xarici turistlərin qəbul edilməsində əvvəllər yaranan çətinliklər aradan qalxır. Hazırda daha bir sağlamlıq ocağında - "Nafta" sanatoriyasında son tamamlama işləri görülür ki, bununla da şəhərdə 20-ci sağlamlıq ocağı turistlərin ixtiyarına veriləcək. 81 otaqdan və 172 çarpayıdan ibarət olan sanatoriyada turistlər üçün ən yüksək şərait yaradılmışdır.
Onu da qeyd edək ki, şəhər rəhbərliyi turistlərin məmnun qalması üçün hər il mövsümqabağı geniş hazırlıq işləri həyata keçirir. Şəhərdə abadlıq və quruculuq işləri aparılmaqla istirahət və əyləncə yerlərində yenidənqurma işləri görülür. Əvvəlki illərdə olduğu kimi, cari ildə də şəhər rəhbərliyi bir neçə yeniliyə imza atmışdır. Belə ki, sağlamlıq və turizm imkanlarını özündə birləşdirən, Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda "Visit Naftalan" mobil tətbiqi yaradılmışdır. Turistlər üç dildə fəaliyyət göstərən "Visit Naftalan" tətbiqinin yaradılmasını yüksək dəyərləndirirlər. İndi şəhərə gələn qonaqlar "Visit Naftalan" mobil tətbiqini "Android" və "İOS" əməliyyat sistemi ilə çalışan mobil telefonlardan yükləyə bilirlər.
Həyata keçirilən bütün bu işlər həm yerli əhalini, həm də kənardan gələn turistləri razı salır. Məhz bunun nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də şəfa tapmaq, eləcə də mənalı istirahət etmək üçün Naftalana gələn turistlərin sayında xeyli artım qeydə alınmışdır. Cari ilin ötən 6 ayı ərzində Naftalana 18681 nəfər turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min nəfər çoxdur. Gələn turistlərin 6917 nəfəri 37 ölkədən olan xarici vətəndaşlardır. Xarici ölkələrdən gələn turistlər arasında Rusiya Federasiyasından, Qazaxıstan və Özbəkistan respublikalarından olan vətəndaşlar üstünlük təşkil edirlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!