05 Noyabr 2025 12:28
410
CƏMİYYƏT
A- A+
Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ağalı kəndində Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Zəngilan Konqres Mərkəzində konfrans keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev tədbiri açaraq, Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyimiz tam təmin edilib.

Kamran Əliyev, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini yüksək dəyərləndirib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin dövlətimizin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin Zəfərin ideoloji dəyərlərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycanın Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təmin edilməsində əldə olunan uğurlardan, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastrukturdan və xidmət şəraitindən söz açıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Qarabağ Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb, ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.

Zəngilan rayonunun prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib. Təqdimatda iştirakçılara məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir. Kitabda, həmçinin işğaldan azad edilmiş ərazilərdə dövlətçilik, hüquq və təhlükəsizlik sahəsində həyata keçirilmiş tədbirlər, müharibə zamanı və sonrasında prokurorluq orqanlarının hüquqi nəzarət tədbirləri barədə geniş məlumatlar yer alıb. Təqdimat zamanı tədbir iştirakçılarının bir qisminə kitabın nüsxələri hədiyyə olunub.

Sonra Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, müzakirələr aparılıb və xatirə şəkli çəkdirilib.

Daha sonra Zəngilan Konqres Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib.


09:54


Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

İştirakçılar tədbirdən əvvəl Ağalı kəndində olan Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!