13 Avqust 2026 16:00
630
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək


Naxçıvandan keçən və Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu beynəlxalq tranzit üçün əhəmiyyətlidir. Azərbaycan-Zəngəzur-Naxçıvan-Türkiyə istiqamətində uzanan dəmir yolu yalnız Azərbaycanın iki regionunu deyil, Çindən Avropaya qədər uzanan dəmir yolları sistemini birləşdirəcək.

AZƏRTAC xəbər verir ki, beynəlxalq ticarət üçün Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması zəruridir. İşlər yekunlaşdıqdan sonra yolun buraxılış qabiliyyəti 15 milyon ton olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır.

Görülən işlərə nəzər saldıqdan sonra aydın olur ki, söhbət heç də dəmir yolunun təmirindən deyil, yeni müasir texniki avadanlıqlarla təchiz olunan dəmir yolunun tikintisindən gedir. Bu yol istismara verildikdən sonra Xəzəryanı regionla Türkiyə və Avropa arasında yeni ticarət yolu açılacaq. Bunun iqtisadi mahiyyəti yalnız tranzit gəliri əldə etməkdən ibarət deyil. Yol beynəlxalq xarakter daşıdığı üçün iri şirkətlər Naxçıvana sərmayə yatırıb yük terminalları tikəcək, nümayəndəliklərini açacaqlar, dəmir yoluna və vaqonlara xidmət məntəqələri təşkil olunacaq ki, bu da muxtar respublikanın beynəlxalq ticarət əlaqələrində rolunu artıracaq. Bununla yanaşı yeni iş yerləri açılacaq, logistika üzrə mütəxəssislərə ehtiyac artacaq və bütün bunlar perspektivdə Naxçıvanın yeni inkişaf mərhələsinə keçidindən xəbər verir.

Naxçıvan ilə Azərbaycanı birləşdirən dəmir yolu sovet hökuməti dövründə mövcud idi. Lakin bu yolun Ermənistandan keçən hissəsini erməni separatçıları, Azərbaycandan keçən hissəsini isə AXC-Müsavat hakimiyyətinin nümayəndələri dağıtmışdılar. Yolun strateji əhəmiyyətini anlamayanlar polad reysləri söküb satırdılar. Lakin Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyini dəqiq qiymətləndirərək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edərək Amerika və Avropadan dəstək aldı. Prezidentin Naxçıvana səfəri zamanı dəmir yolunun tikintisinin gedişi ilə tanış olması da təsadüfi xarakter daşımırdı.

Bu gün Azərbaycanın şimal və cənubunda baş verən hərbi münaqişələr Orta Dəhlizin funksionallığını artırıb. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi də Çin və Mərkəzi Asiya respublikalarını Türkiyə və Avropa ilə birləşdirir. Çin və digər Cənub Şərqi Asiya ölkələri məhz Orta Dəhlizlə Avropa ilə ticarəti davam etdirmək istəyir. Avropa Rusiya ilə qarşıdurma vəziyyətində olduğu üçün ixrac və idxal əməliyyatlarını sabit regiondan-Azərbaycan üzərindən həyata keçirməyə çalışır ki, bu da daşınan yükün həcmini artırır. Bu baxımdan Zəngəzur dəhlizinin tez bir zamanda istismara buraxılması lazımdır.

Dəhlizin Ermənistanın ərazisinə düşən hissəsini isə rəsmi İrəvan tez bir zamanda tikib istifadəyə verməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!