Lerik Rayon İcra Hakimiyyətində 2025-2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə və 2024-2025-ci tədris ilində rayonda fəaliyyət göstərən təhsil müəssisələrində ümumi orta təhsil pilləsini bitirmiş və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun bir sıra ümumtəhsil məktəbinin direktorları və bir qrup lerikli ziyalı iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri və məktəb direktorlarını yüksək nəticəyə görə təbrik edərək deyib ki, ali məktəblərə daxil olan lerikli gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. Bildirilib ki, bu il rayonun orta məktəblərini bitirən məzunlardan 141 nəfər tələbə adını qazanmış, onlardan 23 nəfər 500-dən, o cümlədən 5 nəfər 600-dən yuxarı bal toplamışdır. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuşdur. Təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılır. Məhz aparılan düzgün siyasətin nəticəsidir ki, bu gün Lerik məktəblərindən məzun olmuş abituriyentlərdən ali məktəblərə qəbul olanların 50 faizə qədərini qızlar təşkil edir.
Ə.Abbasov tələbə adını qazanaraq Qarabağ Universitetinə qəbul olunmuş gəncləri də təbrik edərək qeyd olunan universitetdə təhsil alacaqlarının böyük fəxr hissi doğurduğunu bildirib, onlara təhsillərinin növbəti mərhələsində uğurlar arzulayıb.
Görüşdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib onlara uğurlar arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar rayon icra hakimiyyəti, lerikli ziyalılar və iş adamları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin rayon icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif olunublar.