14 Sentyabr 2025 08:45
573
CƏMİYYƏT
A- A+
Yüksək bal toplayan məzunlarla görüş keçirilib

Yüksək bal toplayan məzunlarla görüş keçirilib


Şirvan


Şəhər icra hakimiyyətində 2025-2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş şəhər ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Heydər Əsədov, şəhər icra hakimiyyəti başçısının müavinləri, təhsil işçiləri və şəhər üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Şəhər icra hakimiyyətinin başçısı ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları və onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Məzunlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İcra başçısı təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır, tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Bildirib ki, respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Həmçinin bu il Şirvan şəhər ümumtəhsil müəssisələrindən 492 nəfər abituriyentin ali təhsil müəssisələrinə sənəd verdiyini, 333 nəfər məzunun müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazandığını, onlardan 30 nəfərin 600-700 arası bal topladığını, o cümlədən Şirvan şəhər Kimya-biologiya təmayüllü liseydən 17 nəfərin 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunduğunu qeyd edib.

Sonra çıxış edən millət vəkili Heydər Əsədov ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sisteminin müasir tələblərə cavab verəcək şəkildə daim yeniləndiyini, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin ildən-ilə yüksəldiyini qeyd edərək, məzunlarla öz təcrübələrini bölüşüb, tövsiyələr verib.

Görüşdə digər çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. Məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.

Görüşdə 2025-2026-cı tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara şəhər icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib. 


Hacıqabul


Rayon icra hakimiyyətində rayon üzrə yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə görüş keçirilib. 

Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb, yüksəkbilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. O, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilin inkişafını həmişə diqqətdə saxladıqlarını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiklərini vurğulayıb. Tələbələrlə səmimi söhbət edərək bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzulayıb, ümidvar olduğunu bildirib ki, onlar ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

Tədbirdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş tələbələr mükafatlandırılıblar.

Görüşün sonunda ali təhsil müəssisələrinə qəbul olan tələbələr ilə xatirə şəkilləri çəkdirilib.


Yardımlı 


Rayon icra hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, təhsil sektorunun əməkdaşı, ATİAHİ Yardımlı rayon komitəsinin sədri və məzunlar iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, yüksəkbilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. RİH başçısı qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesablanmış Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır.

Digər çıxış edənlər də məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar. 

Qeyd edək ki, bu il rayonun 153 məzunu tələbə adına layiq görülüb, onlardan 9-u 600-dən yuxarı nəticə göstərib.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edilib.


Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!