25 Sentyabr 2025 11:08
320
CƏMİYYƏT
A- A+
Yoxa çıxan adalar, külə dönən meşələr: Dünya liderləri təcili iqlim tədbirləri görməyə çağırırlar  

Yoxa çıxan adalar, külə dönən meşələr: Dünya liderləri təcili iqlim tədbirləri görməyə çağırırlar  


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sentyabrın 24-də iqlim sammiti keçirib. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, dünya liderlərinin ortaq qənaətinə görə, iqlim dəyişikliyi artıq uzaq təhlükə deyil, daha cəsarətli qlobal öhdəliklər tələb edən fəlakətdir. Onların səviyyəsi qalxan dənizlər, bərəkətini itirən torpaqlar və yoxa çıxan ekosistemlər fonunda çağırışları Baş katib Antonio Quterreşin iqlim sammitində dünyanın artıq “yeni enerji erasının” astanasında olduğu barədə xəbərdarlığını təkrarlayıb - təmiz enerji qazıntı yanacaqlarını əvəz etməli, maliyyə sahəsində ədalət təmin olunmalıdır.

2015-ci ildə bütün dövlətlər tərəfindən razılaşdırılmış iqlim dəyişikliyi üzrə Paris Sazişinin 1,5°C hədəfinə nail olmağın zəruriliyini vurğulayan Baş katib qeyd edib: “Bunu etmək mümkündür. Braziliyada keçiriləcək COP30 bizi doğru yola yönəltmək üçün etibarlı qlobal cavab planı ilə yekunlaşmalıdır”. O, temperaturun artmasını məhdudlaşdırmaq üçün qlobal səyləri sürətləndirmək, emissiyalar, uyğunlaşma və iqlim maliyyəsi ilə bağlı öhdəlikləri irəli sürmək məqsədi həmin tədbirin ümid mənbəyi olduğunu əlavə edib.

BMT rəhbərinin bu fikirləri Baş Assambleyanın illik ümumi müzakirəsinin ikinci günündə dünya liderlərinin iqlim təhlükəsi və vədləri ilə bağlı inandırıcı hesabatlar təqdim etməsi fonunda səsləndirilib.

İclasda COP30-a ev sahibliyi edən Braziliyanın Prezidenti Luis İnasiu Lula da Silva bildirib ki, enerji keçidi Sənaye İnqilabı ilə müqayisə edilə bilən məhsuldar və texnoloji transformasiyaya qapı açır və MDM-lər hər bir ölkədə bu dəyişikliyə rəhbərlik edəcək yol xəritəsidir”. Onun sözlərinə görə, Braziliya bütün istixana qazları emissiyalarını iqtisadiyyatın bütün sektorlarını əhatə etməklə 59 faizdən 67 faizə qədər azaltmağı öhdəsinə götürüb və 2030-cu ilə qədər meşələrin qırılmasına son qoymaq üçün səyləri davam etdirir.

Çinin Sədri Si Cinpin elan edib ki, onun ölkəsi 2035-ci ilə qədər iqtisadiyyatda xalis istixana qazı emissiyalarını pik səviyyələrdən 7-10 faiz azaldacaq. Çin lideri videomüraciətində bildirib ki, Pekin qeyri-mədən yanacaqlarının ümumi enerji istehlakında payını 30 faizdən çox artıracaq, külək və günəş enerjisi tutumlarını 2020-ci il səviyyələri ilə müqayisədə altı dəfə genişləndirəcək və avtomobil satışlarında elektromobillərə üstünlük verəcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen emissiyaların 1990-cı ildən bəri təxminən 40 faiz azaldığı Avropa Birliyində təmiz keçidini davam etdiyini vurğulayıb. “Avropa ölkələri də qlobal tərəfdaşlıqları ikiqat artırır və dünyanın ən böyük iqlim maliyyəsi təminatçıları olaraq qalacaq, eyni zamanda, təmiz enerji keçidini dəstəkləmək üçün 300 milyard avroya qədər vəsait səfərbər edəcək”, - deyə o qeyd edib.

İqlim sammitində Azərbaycanın COP29 Sədrliyinin iştirakı ilə ötən il Bakıda keçirilən iqlim konfransında irəli sürülmüş təşəbbüslər və götürülmüş öhdəliklər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!