“Yeralması”nın qüdrəti
Dünyada 2 mindən çox növü yetişdirilən və mətbəxlərin vazkeçilməz ləzzətli təamı olan kartof sağlamlığa inanılmaz faydası ilə də insanların seçimi arasında ilk yerləri tutur. Kartofun tərkibində C, B qrupu, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçinin vacib mikroelementlər - maqnezium, fosfor, kalsium, dəmir var. Kartof kaliumun miqdarına görə tərəvəzlərin arasında lider sayılır.
Kartofda antioksidantlar kimi fəaliyyət göstərən flavonoidlər, karotenoidlər və fenolik turşu kimi birləşmələr xroniki xəstəliklərin - ürək xəstəliyinin, diabetin, xərçəngin riskini artıran sərbəst radikalları zərərsizləşdirir.
Bu şəfalı tərəvəz sözün əsl mənasında ürəyin dostudur. Tərkibində ürək sağlamlığı üçün təhlükə yarada biləcək yağ növü olan xolesterin yoxdur. İçərisindəki lif, vitamin C, B6 və antosiyanin sayəsində ürək sağlamlığını dəstəkləyir. Həmçinin tərkibindəki kalium, kalsium və maqnezium qan damarlarını genişləndirməyə və qan təzyiqini aşağı salmağa kömək edir.
Xərçəngi məhv edir
Kartofda davamlı nişasta kimi tanınan xüsusi bir nişasta növü var. Bu nişasta nazik bağırsaqda həzm olunmur, əksinə, yoğun bağırsağa çatır və bağırsaqlardakı faydalı bakteriyalar üçün qida mənbəyi olur. Həmin nişasta bakteriyalar tərəfindən qısa zəncirli yağ turşularından “butirat”a çevrilir. Tədqiqatlar göstərir ki, “butirat” yoğun bağırsaqda iltihabı azaldır, onun müqavimətini artırır və kolorektal xərçəng riskini azaldır. Həmçinin “butirat” Kron xəstəliyi, xoralı kolit və divertikulit kimi iltihablı bağırsaq xəstəlikləri olanların əsl dərmanıdır.
Qələviləşdirici və iltihab əleyhinə möcüzəvi təsiri olan kartof mədədə turşu əmələ gəlməsini azaldaraq mədə və onikibarmaq bağırsaq xoralarına sakitləşdirici təsir göstərir. Eyni zamanda artrit ilə əlaqəli iltihabı aradan qaldırır.
Tibbi araşdırmalar, kartofun tərkibindəki davamlı nişastanın qan şəkərini idarə etməkdə və insulin müqavimətini azaltmaqda xüsusilə təsirli olduğunu müəyyən edib.
Davamlı nişasta orqanizmdə yaxşı əhval və yuxu üçün vacib olan hormonların (serotonin, melatonin, noradrenalin) ifrazını stimullaşdırır.
Bundan əlavə, kartofun yüksək lif tərkibi bağırsaq hərəkətlərini tənzimləyir, ishalın tez sağalmasına kömək edir və ishal zamanı itirilən kaliumun bərpasına kömək edir.
Təbii olaraq qlütensiz olan kartof bu xüsusiyyəti səbəbindən çölyak xəstəliyi olan insanlar üçün son dərəcə uyğun bir qidadır.
Beynin sağlamlığını qoruyan B6 vitamini ilə zəngin kartof onun inkişafına güclü təsir edir.
Bu tərəvəz hava çirklənməsi, radiasiya kimi kimyəvi tullantılara qarşı qanı zəhərlərdən təmizləyir və hüceyrələri yeniləyir.
Doyurucu qida olan kartof xolesistokinin (CCK) kimi toxluq hormonlarının səviyyəsini artırır. Tərəvəzin qabığındakı yüksək miqdarda lif toxluğu artırır.
Kartof allergik reaksiyalara səbəb olmur və buna görə kiçik yaşlı uşaqların, allergiyaya meyilli insanların qidalanmasında geniş istifadə oluna bilər.
Kartofu istehlak etməyin ən sağlam yolu
Amma kartofun insan orqanizminə faydalı olması onun necə bişirilib istehlak edilməsindən birbaşa asılıdır. Çünki kartofun qida dəyəri və sağlamlıq faydaları bişirmə üsullarına görə dəyişir. Buxarda və ya qabığını soymadan sobada bişirmək kartofu istehlak etməyin ən sağlam yoludur.
Bu tərəvəz yağlı, duzlu, qızardılmış və ya çips kimi istehlak edildikdə orqanizm üçün olduqca zərərli olur. Kartof çipsləri, kartof qızartması və emal edilmiş kartof məhsullarında xərçəngin inkişafına kömək edən neyrotoksik maddə olan akrilamid var. Bundan əlavə, akrilamid genlərə və reproduktiv sağlamlığa mənfi təsir göstərir.
Tərkibində yüksək kalium olduğundan beta-bloker dərmanlardan istifadə edənlər və böyrəkləri zədələnənlər kartofu ehtiyatla istehlak etməlidirlər.
Bu tərəvəz həddindən artıq istehlak edildikdə, yaxud çips və ya qızartma şəklində bişirilib yeyildikdə çəki artımına da yol açır.
Yaşılı zəhərlidirmi?
Kartof işığa məruz qaldıqda xlorofil istehsal edir ki, bu da onun rənginin yaşıllaşmasına səbəb olur. Xlorofil özü tamamilə zərərsizdir. Lakin bu, kartofda potensial zərərli bitki birləşməsi olan solaninin yüksək səviyyəsinə səbəb olur. Böyük miqdarda solanin zəhərli ola və həzm sisteminə mənfi təsir göstərə bilər.
Solanin zəhərlənməsi üçün tələb olunan solaninin miqdarı bədən ölçüsünə görə dəyişir. Məsələn, 100 qram kartofda 20 milliqram solanin olur ki, bu da 100 kiloqram çəkiyə malik insanı xəstələndirə bilər. Qeyd edək ki, solanin ən çox qabıqda cəmlənir. Bu cür kartofun toksik təsirini qabığını soymaqla və ya bıçaqla yaşıl hissələrini çıxarmaqla azalda və ya aradan qaldıra bilərsiniz.
Yaşıl kartofda solanin çox olduqda qan dövranı və tənəffüs problemləri, həmçinin baş ağrıları, əzələ krampları və ishala səbəb ola bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!