30 Oktyabr 2025 08:45
538
İQTİSADİYYAT
A- A+
"Yaşıl enerji" siyasətində Azərbaycan nümunəsi

"Yaşıl enerji" siyasətində Azərbaycan nümunəsi


Bu nümunə beynəlxalq səviyyədə də təqdir olunur


Müasir dövrdə qlobal iqlim dəyişmələri, enerji təhlükəsizliyinin təminatı və ekoloji tarazlığın qorunması məsələləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu səbəbdən bərpaolunan enerji mənbələri (günəş, külək, su, bioenerji və s.)  dünya ölkələrinin iqtisadi və ekoloji siyasətində prioritet istiqamətə çevrilib. 

"Yaşıl enerji" ilə zəngin olan Azərbaycan da son illər ənənəvi enerji modellərindən dayanıqlı və ekoloji cəhətdən təmiz enerji istehsalına keçid istiqamətində mühüm addımlar atır. Məlumdur ki, Azərbaycan coğrafi mövqeyinə və iqlim şəraitinə görə bərpaolunan enerji mənbələri baxımından böyük potensiala malikdir. Ölkənin ərazisində günəşli günlərin müddəti  ildə 2200-2500 saat təşkil edir ki, bu da günəş enerjisinin səmərəli istifadəsi üçün əlverişli şərait sayılır. Külək enerjisi baxımından isə xüsusən Abşeron yarımadası və Xəzər dənizi sahil zolağı fərqlənir. Bu ərazidə küləyin orta illik sürəti 7-8 m/s-dən yuxarı olur. Dağlıq ərazilərdə isə su enerjisi resursları, kənd təsərrüfatı tullantılarından bioenerji istehsalı imkanları mövcuddur. Ekspertlərin hesablamalarına görə, Azərbaycanın bərpaolunan enerji potensialı ümumilikdə 27 min MVt-dan çoxdur. Bunun 23 mini günəş, 3 mini külək, qalan hissəsi su və bioenerji mənbələrin payına düşür. Həmin göstəricilər ölkənin enerji təhlükəsizliyinin təminatı və karbohidrogenlərdən asılılığın azaldılması üçün baza yaradır.

Azərbaycan üçün "yaşıl enerji" siyasəti çoxşaxəlidir. Bu siyasət neft və qazdan asılılığı azaltmaq, ixrac imkanları yaratmaq və "yaşıl iqtisadiyyat" modelinə keçidi sürətləndirmək baxımından səmərəlidir. Məsələyə beynəlxalq prizmadan yanaşanda isə deyə bilərik ki, ölkə bərpaolunan enerji layihələrinə xarici investorları cəlb etməklə beynəlxalq əməkdaşlığı gücləndirmək və enerji sektorunun dayanıqlılığını artırmaq məqsədini güdür. Bu siyasət  Azərbaycanın ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsi ilə daha qlobal məna qazandı. Ölkəmizin isə  yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq iqlim siyasətində aktiv iştirakçı olduğunu ortaya qoydu. Üstəlik, qlobal tədbir  vasitəsilə Azərbaycan bərpaolunan enerji imkanlarını dünyaya təqdim etdi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsi sahəsində dialoq platforması rolunu oynadı.

Azərbaycan "yaşıl enerji" strategiyasını həyata keçirərkən beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsinə önəm verir. Ölkəmiz son illər dünyanın aparıcı enerji şirkətləri ilə strateji tərəfdaşlıqlar quraraq bərpaedilən enerji sahəsində mühüm layihələrin reallaşdırılmasına nail olmuşdur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə əməkdaşlıq nəticəsində 230 MVt-lıq Qaradağ Günəş-Elektrik Stansiyası 2023-cü ildə istifadəyə verilmişdir. Bu layihə regionda ən iri günəş enerjisi stansiyalarından biri sayılır və ildə təxminən 500 milyon kVt/s elektrik enerjisi istehsalı ilə 110 min ev təsərrüfatını təmin etmək gücünə malikdir. Hazırda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə imzalanmış saziş əsasında Xızı-Abşeron Külək-Elektrik Stansiyası (240 MVt) layihəsi həyata keçirilir. Bu stansiya işə düşdükdən sonra hər il 400 min tona yaxın karbon emissiyasının qarşısı alınacaq.

Paralel olaraq ölkəmiz Avropa bazarına "yaşıl enerji" ixracını təmin etmək məqsədilə "Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulmuşdur. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 2022-ci ildə imzalanmış saziş çərçivəsində Xəzər dənizinin qərb sahillərindən Avropaya elektrik interkonnektorunun çəkilməsi planlaşdırılır. Layihə regionun enerji inteqrasiyasına və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Beləliklə, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığı iqtisadi baxımdan sərfəli olmaqla yanaşı,  həm də qlobal ekoloji məqsədlərlə uzlaşan strateji bir istiqamət kimi formalaşır.

Bu əməkdaşlıqların coğrafiyası getdikcə genişlənir və artıq Asiya regionunun aparıcı enerji şirkətləri ilə də tərəfdaşlıq əlaqələri formalaşır. Bir neçə gün əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə "China Energy Engineering Corporation Limited" şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində gündəlikdə olan layihələrin icrası, eləcə də Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Müzakirələrdə Prezident İlham Əliyevin bərpaolunan enerji mənbələrinin inkişafı, istehlak və ixrac məqsədli "yaşıl enerji zonaları"nın yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın dərinləşdirilməsi siyasəti vurğulanıb. Eyni zamanda yeni enerji güclərinin elektrik şəbəkəsinə inteqrasiyası üzrə potensialın müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə aparılan tədqiqatların əhəmiyyəti və "Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi"nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan "yaşıl enerji" sahəsində tərəfdaş ölkələrin dairəsini genişləndirməklə yanaşı, Şərq və Qərb enerji sistemləri arasında texnoloji və elmi inteqrasiyaya da mühüm töhfə verir.

Ölkəmiz  bərpaolunan enerji sahəsində ardıcıl və məqsədyönlü siyasət apararaq regionda "yaşıl keçid"in liderlərindən birinə çevrilməkdədir. Dövlət proqramları, beynəlxalq şirkətlərlə tərəfdaşlıq və COP kimi qlobal təşəbbüslərdə fəal iştirak Azərbaycanın enerji təhlükəsizliyini və ekoloji dayanıqlılığını möhkəmləndirir. "Yaşıl enerji zonaları"nın yaradılması və Asiya, Avropa dövlətləri ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın gələcəkdə qlobal enerji bazarlarında strateji rolunu daha da gücləndirəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!